Nərmin Şirəliyeva: "Haqqımda yalan məlumatlar yaydıqlarına görə təzminat tələb edə bilərdim"
18:59 13.03.2020
Cəmiyyət
587
"Məhkəməyə verməyəcəm, baxmayaraq ki, mənim haqqımda yalan məlumatlar yaydıqlarına görə təzminat tələb edə bilərdim".
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin qızı, Moskva vilayətinin qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru Nərmin Şirəliyeva bildirib.
Azərbaycan KİV-lərində onun haqqında yayılan "Oqtay Şirəliyevin qızı xristianlığın erməni təriqətini qəbul edib" kimi informasiyaları şərh edən Nərmin Şirəliyeva bunları deyib:
"Bilirsiz, belə anlarda insan qorxmağa başlayır, sonra isə sən qəzəbi, ağrını, hirsini dəf edirsən, anlayırsan ki, nələrisə ciddi çəkildə dəyişməyin vaxtı çatıb. Düşünün ki, hər hansı bir xəstə və ya yaramaz şüurlu birisi sənin haqqında hər hansı bir cəfəngiyyat söyləyə, fantastik hekayə uydura bilər və bunu informasiya məkanına buraxa bilər, harada ki, bunu ciddi şəkildə müzakirə edən insanlar tapılır. Üstəlik, bu hekayə üçün heç bir sənədli sübutlar lazım deyil, heç olmasa adamın həmin məkanda, həmin vaxtda fotosu olsa... heç nə... ancaq kiminsə sözləri... Mən bütün bayramı, martın 7-dən 9-na kimi Soçidə, istedadlı uşaqlar üçün "Sirius" Təhsil Mərkəzində olmuşam. Beynəlxalq Caz Festivalının, İqor Butmanın qonağı olmuşam.
Yeri gəlmişkən, bu, sosial şəbəkələrdə çox nəzərə çarpır. Mən Olimpiya parkından foto yerləşdirmişdim və "Sirius" elm və incəsənət Parkının rəsmi səhifəsi daxil olmaqla festivalın komandalarının paylaşımlarında da mən varam. Birdən bildim ki, həmin vaxt mən, sən demə, erməni kilsəsində olmuşam, üstəlik, sağlamlığı ilə əlaqədar uzun müddətdir ki, ictimaiyyətə görünməyən Armen Ciqarxanyanla birlikdə. Sual olunur: Əgər sizə tanış olmayan və pislik etməmiş birinə hansısa iyrəncliyi dözülməz dərəcədə etmək istəyisənsə, heç olmasa hazırlaşın, nəsə oxuyun, heç olmasa sosial şəbəkələri oxuyun. Amma yox, başa düşürsüz, bu cür insanlar əvvəldən təhsilli deyillər, onlar özünüinkişaf qabiliyyətindən məhrum olunublar, ümumiyyətlə, hansısa istedaddan məhrumdurlar. Onlar dünyadakı şəri çoxaltmaqla bunun əvəzini çıxırlar. Xüsusilə xoşagəlməz haldır ki, bu, mənim atama toxunur, hansı ki, sağlamlığını qurban verərərək gündə 24 saat işləyir ki, öz ölkəsinə xidmət etsin, ölkə virusla çətin vəziyyətdən ən az itkilərlə çıxısın. Bundan çıxış yolu bir dənədir - yaxşı işlərdə, yaxşı addımlarda birləşmək, açılışlar etmək və onlar haqqında maraqlı mətnlər yazmaq. Mən onları məhkəməyə verməyəcəm, baxmayaraq ki, mənim haqqımda yalan məlumat yaydıqlarına görə təzminat tələb edə bilərəm - Bunu bu iyrənc hekayənin heç bir yerdə əks olunmaması, çoxalmaması üçün edirəm. Pis əməllər hər zaman daha böyük qisasla qayıdır, yalan danışanların və ədavəti şişirdənlərin başında çatlayır. Buna mənim şübhəm yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi