Ölkəmizdə ilk dəfə bu təyyarələrin istehsalına başlanıldı
Yusif Nəzərli
06:57 12.01.2024
Cəmiyyət
369
Azərbaycanda aviasiya mühərrikləri və kiçik mülki aviasiya təyyarələrinin istehsalı üzrə işlərə başlanılıb.
Sherg.az Oxu.az-a istinadən xəbər verir ki, “Global Force Technology” şirkətinin nümayəndələri şirkətin Azərbaycan Respublikası ərazisində aviasiya mühərrikləri və kiçikölçülü mülki aviasiya təyyarələrinin istehsalının yaradılması üzrə layihə hazırladığını açıqlayıb.
Layihənin məqsədi dünyanın ən aparıcı istehsalçıları ilə birgə sənayenin ən son texnologiyalarından istifadə etməklə təyyarə mühərrikləri və kiçikölçülü mülki aviasiya təyyarələrinin istehsalıdır.
“Global Force Technology” şirkəti iki il ərzində bu layihənin hazırlanması üçün səy göstərib və bu müddət ərzində beynəlxalq tərəfdaşlarla bir sıra müqavilələr bağlanıb.
Aparılan bazar tədqiqatları əsasında bu istehsal regionda ilk olacaq və onun həyata keçirilməsi dünya bazarına çıxmağa imkan verəcək. Bu da yüksək texnologiyalı aviasiya məhsullarının istehsalçısı kimi Azərbaycanın imicini artıracaq.
Hazırda layihənin icrası üçün icazə və sertifikatlar almaqla bağlı müvafiq dövlət orqanlarına lazımi sənədlər qeydiyyat olunur.
Qeyd edək ki, “Global Force Technology” şirkəti 2020-ci ildə Azərbaycanda qeydiyyata alınıb. Şirkətin əsas fəaliyyəti aviasiya texnikasına xidmət göstərmək həmçinin komponentlərin və ehtiyat hissələrinin təchizatıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm