
Ölkəni bürüyən "gurultu" - "Bayramdır" deyə etməyin! - Təhlükə saçır...
13:30 01.01.2024
Cəmiyyət
1407
Nə qədər tədbirlər görülsə belə yenə də bazarda pirotexniki vasitələrin satışına və istifadəsinə rast gəlinir.
Hüquq mühafizə orqanlarının rəsmi məlumatlarına nəzər saldıqda aydın olur ki, pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər ard-arda əməliyyatlarla saxlanılıb, məsuliyyətə cəlb olunurlar.
Lakin hələ bayramdan iki gün əvvəl ölkə ərazisini bürüyən "gurultu" onu göstərir ki, insanlar bu cür vasitələrin ölkəyə keçirilməsi üçün hər cür vasitədən istifadə edirlər. Burada digər məsələ isə pirotexniki vasitələrə olan təlabatdır ki, bu da işbazlara yüksək gəlir əldə etməyə və bu pirotexniki vasitələri qanunsuz da olsa ölkəyə gətirməsinə maraq yaradır.
Ekspertlərin fikrincə pirotexniki vasitələr ölkəyə qaçaqmal və yüklərin arasında gətirilir. Hesab edirlər ki, məktəblərdə müəllimlər və valideynlər tərəfindən işlər aparılmalıdır ki, insanlar bundan uzaq olsunlar. Bu yolverilməzdir.
Jurnalist, teleaparıcı Nigar Sabirqızı da sosial media hesabında bu mövzuya toxunub:
"Günlərdir TV-lərdə deyilir, saytlarda yazılır ki, pirotexniki vasitələr satan kimlərsə tutuldu, bu vasitələrdən istifadə qadağandır. Dünən gecə şahidi olduq ki, hər binadan “partlayış” səsləri gəlir. Özü də bundan istifadə edən uşaqlar idi. Valideynləri anlamıram. Belə təhlükəli vasitədən övladının istifadə etməsinə necə icazə verir? Digər tərəfdən, bu vasitələr ölkəyə necə gətirilir? Qaçaq yolla gətirilirsə, necə satılır?".
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nürəliyev "Sherg.az"a söyləyib ki, partlayıcı, pirotexniki vasitələrin ölkə ərazisində mülki dövriyyəsi 2003-cü il 23 dekabr tarixindən Azərbaycan Respublikasının qanunu ilə qadağan olunub:

"Onların istifadəsi yalnız xüsusi icazə əsasında mümkündür. Təəssüflər olsun ki, bəzi insanlar bu kimi vasitələrin qadağan olmasına baxmayaraq, həmin vasitələrin satışını həyata keçirir. Pisi də odur ki, onu alan insanların bu partlayıcıların nə qədər təhlükəli vasitə olduğunu bilməməsi, yaxud, bilərəkdən istifadə etməsidir. Nəzərə alsaq ki, bu pirotexniki vasitələrdən əsasən azyaşlı uşaqlar istifadə edir, onda təhlükənin nə dərəcədə böyük olduğunu görərik.
Daha çox uşaqlar bunu gizli alır, bayrama qədər evdə özləri üçün münasib bildikləri yerdə gizlədirlər. Ancaq bilmirlər ki, bu partlayıcıların tərkibindəki tezalışan maddə evdə tempraturun dəyişməsi, hətta günəş şüasının üzərinə düşməsi nəticəsində belə partlaya bilər və yanğın təhlükəsi yaranar. Bu da həm özünün, həm də evdəkilərin həyatını təhlükəyə atmış olur. Valideyn alıb, uşağa verir ki, "apar partlat". Çoxmərtəbəli binalar olan yerdə həyətdən fişəngi yuxarı təxmini 20-25 metr göyə atırlar və onun qığılcımları ətrafa yayılaraq partlayır. Nəzərə almaq lazımdır ki, həmin vaxtı binanın məhəccərində olan insanların üz-gözünün yanması qaçılmazdır.
Daha sonra bu pirotexniki vasitələrdən düzgün istifadə edilmədikdə tüstüsü insanın nəfəs boruları ilə daxili orqanlarının zədələnməsinə, eşitmə orqanı olan qulaqların tutulmasına, əl-üzlərinin yanmasına, qorxudan psixoloji travmalara səbəb ola bilər. Pirotexniki vasitələrdən istifadə edənlər "bayramdır" deyib , partlayıcılardan istifadəni bayram ənənəsi kimi qəbul edir. Bu cür vasitələrdən istifadə yaşlıların , xəstələrin rahatlığını pozur , hətta onların səhhətində müəyyən narahatlıqlara səbəb olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil