Ombudsman Mingəçevirə ilk raket hücumunun ikinci ildönümü ilə bağlı bəyanat yayıb
Yusif Nəzərli
08:25 05.10.2022
Cəmiyyət
432
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Mingəçevirə ilk raket hücumunun ildönümü ilə bağlı bəyanat yayıb.
Ombudsman Aparatından daxil olan mətndə deyilir:
“Bu gün Ermənistan silahlı qüvvələrinin Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla hərbi əməliyyatların aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə ilk raket hücumundan iki il ötür.
Ermənistanın Azərbaycanın 100 mindən artıq əhalisi olan və region üçün strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Mingəçevir şəhərini qəsdən raket atəşinə tutması nəticəsində dinc əhali arasında müxtəlif dərəcəli bədən xəsarətləri alanlar olmuş və onlara külli miqdarda ziyan dəymişdir.
Mingəçevir şəhərindəki su anbarının və elektrik stansiyasının Ermənistan tərəfindən xüsusi olaraq hədəfə alınması isə ilk növbədə çoxsaylı insan tələfatının baş verməsinə və Cənubi Qafqaz regionu üçün ciddi ekoloji fəsadların yaranmasına nail olmaq məqsədilə həyata keçirilmişdir.
Bununla bağlı tərəfimizdən beynəlxalq təşkilatlara müraciət edilərək mülki əhalinin yaşamaq, təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüququna qəsd etməklə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, region üçün dərin ekoloji fəlakət riskinin yaranmasına səbəb olan Ermənistanın cinayətkar əməllərindən qeyd-şərtsiz çəkindirilməsinə dair çağırış edilmişdir.
Lakin bütün bunlara baxmayaraq, son dövrlər Ermənistan tərəfi Azərbaycana qarşı genişmiqyaslı hərbi hücumlar həyata keçirməklə, beynəlxalq səviyyədə tanınmış torpaqlarımızda təxribat-diversiya qrupları vasitəsilə çoxsaylı minalar basdırmaqla vəziyyəti gərginləşdirməyə, işğaldan azad edilmiş yaşayış məntəqələrimizdə bərpa-quruculuq işlərini ləngitməyə çalışır, bununla da regionda davamlı sülhün və təhlükəsizliyin təmininə maneə yaratmaqda davam edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm