Ömürlük məhkuma daha 18 il həbs cəzası verildi
Yusif Nəzərli
10:36 17.05.2023
Cəmiyyət
421
Həbsxanada kamera yoldaşını öldürməkdə təqsirləndirilən ömürlük məhkum Zahidikəhriz Abbasova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
“Report”un xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, ömürlük həbs cəzası alan və 29 ildir məhkum həyatı yaşayan Z.Abbasov mübahisə zəminində eyni kamerada saxlanılan ömürlük məhkum Oleq Abişevə ağır bədən xəsarətləri yetirib. Oleq Abişev bir neçə gün sonra müalicə müəssisəsində vəfat edib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Z.Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb. O.Abişev isə anası və qardaşını öldürməkdə ittiham olunaraq ömürlük azadlıqdan məhkum olunub.
Şərhlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi