
Online alış-veriş zamanı dəymiş zərəri kim konpensasiya etməlidir? -AÇIQLAMA
11:17 17.10.2024
Cəmiyyət
502
Bakıda vətəndaş Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan "Trendyol"dan şikayətçidir.
Bu barədə o, sosial şəbəkədə məlumat verib.
İddialara görə, onun sifarişi yanlış gəlib.
"Ötən ayın 20-də "Trendyol" vasitəsilə notbuk sifariş vermişdim. Oktyabrın 4-də isə əvəzinə milçək dərmanı göndərilib. Həm karqo şirkəti, həm də "Trendyol"a dəfələrlə müraciət olunub, lakin təzminat ödənilmir"deyə vətəndaş bildirib.
Məsələ ilə bağlı “Sherg.az”a danışan marketoloq Nicat Manafov deyib ki, bu kimi hallarla qarşılaşmamaq üçün bağlama təhvil verilən yerdə və ya kuriyerin yanında açılmalıdır:

''Əks halda platforma və karqo şirkətinin dəymiş zərəri konpensasiya etməmə kimi bir haqqı var. Çünki sonradan bağlamanın içi dəyişdirilə bilər. Vətəndaşlar belə vəziyyətlərdə yalnız məhkəmə yolu ilə iş aça bilərlər. Həmçinin, müştəri özü xarici anbarla əlaqə yaradaraq bağlamasını açdırıb, məhsula baxa bilər. Bu xidmət zamanı xarici anbardakı əməkdaş məhsulu açır, şəklini və ya videosunu müştəriyə göndərir. Bu zaman müştəri bağlamanın qırıq, defektli olub-olmadığını görə bilir. Bağlama müştərinin bəyanından sonra birbaşa Azərbaycana göndərilir. Məhsul xarici anbara hansı formada təhvil verilibsə, o şəkildə də sistemə giriş olunur''.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO
16:52 19.08.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
16:31 19.08.2026
Ekologiya
Rus ordusu Vodyanskoyeni işğal etdi
16:22 19.08.2026
Gündəm
Kazino şəbəkəsinin rəhbəri Gürcüstandan Azərbaycana gətirilib
16:06 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:58 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:34 19.08.2026
Cəmiyyət
Rusiya Gürcüstandan kartof idxalını dayandırdı
15:32 19.08.2026
İqtisadiyyat
Bu ayın 17 günü temperatur normadan yüksək olub
15:21 19.08.2026
Ekologiya
Ərdoğan: ABŞ-İran münaqişəsinin yeganə həll yolu danışıqlardır
15:02 19.08.2026
Gündəm
Televiziyamızın yaşıdı
15:00 19.08.2026
Media
Xarici uçuşlara böyük endirim! Biletlər 29 dollardan başlayır
14:46 19.08.2026
Aktual
“Al-Monitor”: Netanyahu Trampla açıq qarşıdurmaya hazırlaşır
14:37 19.08.2026
Gündəm
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
14:17 19.08.2026
Gündəm
Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib
13:43 19.08.2026
Dünya