Özbəkistan mətbuatı 20 Yanvar faciəsi ilə əlaqədar materiallar yayımlayıb
19:10 20.01.2021
Cəmiyyət
682
Özbəkistanın “interpress.uz” və “interfax.uz” portalları öz səhifələrində 20 Yanvar faciəsi ilə əlaqədar özbək və rus dillərində materiallar yerləşdirib.
AZƏRTAC xəbər verir ki, məqalələrdə 20 Yanvar faciəsinin yaranma səbəbləri, o dövrdə Azərbaycanda və keçmiş SSRİ məkanında olan siyasi vəziyyət, sovet ittifaqına daxil olan bir sıra respublikalarda, o cümlədən Azərbaycanda əhalinin küçələrə çıxaraq müstəqillik tələbləri irəli sürməsi məsələləri şərh olunur.
Məqalədə bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları xəbərdarlıq etmədən Bakıya daxil olub, nəticədə 147 mülki vətəndaş xüsusi amansızlıqla qətlə yetirilib, yüzlərlə insan yaralanıb.
Yazılarda 20 Yanvar hadisələrinin Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olduğu vurğulanır, bütün dövlət müəssisələrinin iflic vəziyyətinə salınması, polisin tərksilah edilməsi, Azərbaycan televiziyasının enerji blokunun partladılması, xarici vətəndaşların, jurnalistlərin Bakıya buraxılmaması və digər bu kimi faktlar sübut kimi göstərilir.
Materiallarda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi, Dağlıq Qarabağın Azərbaycandan qoparılması məqsədilə bölgədə xüsusi idarəetmə üsulunun tətbiq olunması, Ermənistan SSR Ali Soveti tərəfindən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edilməsi haqqında məlumat verilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya