Pandemiyadan sonrakı həyatımızda bizi nələr gözləyir ? – Psixoloq danışır
Nihat Müzəffər
08:24 04.05.2020
Cəmiyyət
2155
“Karantin dövrü insanların alt şüurunda bir təşviş yaradacaq. İnsanlar bir müddət rahat həyat tərzi keçirə bilməyəcək”
Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq iki aya yaxındır, karantin rejimi tətbiq olunub. Əksər insan bu müddəti evində keçirir, işlə bağlı evdən çıxanlar da, sanki, “tikan üstündə” gəzir. İnsanlar nə normal söhbət edir, nə də avtobusda rahat işlərinə gedib-gəlir. Elə bil, yaşamaqdan qaçırıq. Hazırkı vəziyyətdə dostlarımızı da “itirmişik”. Artıq əlcəklər, spirt və masqa ilə dostluğ edirik.
Hər keçən gün onlar bizə daha da doğmalaşır. Maraqlıdır, karantin bitdikdə, COVİD-19 tarixin arxivinə köçdükdə normal yaşamımıza necə qaydacağıq? Avtobusdakı insanlara baxışımız, qapıların tutacaqları və liftlərin düyməsi ilə rəftarımız dəyişəcəkmi? Bəs karantin rejmində qazandığımız “dostlar”ı necə unudacağıq? Ümumiyyətlə, korona pandemiyası insanların psixologiyasında hansı izləri buraxacaq?
Sualımızı cavablandıran psixoloq Aytən Ələkbərova “Sherg.az”a bildirib ki, COVİD-19 pandemiyası insanların həyatına, psixologiyasına çox ciddi təsir göstərdi:
“Karantim rejiminin ilk günlərində insanalar evdə qalmaqda çətinlik çəkirdi. Amma indi vəziyyət dəyişib. Artıq səhərə yaxın yatıb, günün ikinci yarası oyanan insanlar səhər- səhər işə getməyi fikirləşir. Demək olar ki, insanların həyatında balans pozulub. Bu pozulma da insanlarda aqressiyanı artırır. Dolayısı ilə ətrafa qarşı münasibətimiz dəyişib. Pandemiyanın təsirindən bəzi insanlar bir-biriləri ilə ünsiyyət qurmaqdan qaçacaq. Bundan başqa, karantindən sonra ətrafımızda bir insan asqırıb, öskürdükdə ona “düşmən” kimi baxacağıq. Ümumiyyətlə, karantin dövrü insanların alt şüurunda bir təşviş yaradacaq. İnsanlar bir müddət rahat həyat tərzi keçirə bilməyəcək. Artıq adi qripə belə yaxalandıqda özümüzə “COVİD-19”a yoluxmuşuq deyəcəyik. Amma karantin rejiminə alışdığımız kimi ondan sonrakı dönəmə də uyğunlaşacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region