Pandemiyanın mənfi təsiri miqrasiyadan da yan keçmədi
07:57 15.01.2021
Cəmiyyət
507
Ancaq növbəti ildə bu sahədə artım müşahidə olunacaq
Ötən il Azərbaycanda daimi yaşamaq üçün verilən icazələrin sayı 18 faiz aşağı düşüb. 2019-cu ildə 2041 şəxsə icazə verilibsə, bu say 2020-ci ildə 1669 olub. Rəqəmlərə əsasən, icazələrdən 633-ü Gürcüstan, 448-i Rusiya,112-si Türkiyə, 88-i İran, 65-i Türkmənistan, 293-ü digər ölkələrin vətəndaşlarına şamil olunub.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, sosial məsələlər üzrə fəlsəfə doktoru Azər Allahverənov məsələ haqqında "Şərq"ə münasibət bildirərkən deyib ki, bunun başlıca səbəbi bütün dünyada tüğyan edən koronavirus pandemiyasıdır:
"Ölkədə pandemiyaya qədər olan dövrə nəzər salanda miqrasiya proseslərinin intensiv şəkildə statistik göstəricilər üzrə artmasını görmək olar. Azərbaycanda miqrasiyanın bu və ya digər göstəriciləri üzrə ildən-ilə artımlar müşahidə olunub.
Koronavirus infeksiyasının yayılması bir çox sahələrə mənfi təsir göstərdiyi kimi miqrasiya sahəsindən də yan keçməyib.
Ötən ilin əvvəlindən başlayaraq sərhədlərdə giriş-çıxışlara müəyyən məhdudiyyətlər tətbiq edilib. Həmçinin ölkə ərazisində qalan əcnəbilərin öz ölkələrinə qayıtması üçün şərait yaradılması burada yaşayan miqrantların sayının azalmasına səbəb olub.
Bundan əvvəlki dönəmlərə baxdıqda bir il üçün təsadüf edilən minimum rəqəm 170-180 min təşkil etsə də, pandemiya dövründə ölkə ərazisində qalan əcnəbilərin sayında azalma qeydə alınıb.
Ölkədə yaşayan miqrantların buranı tərk etməsi, yeni insanların isə gələ bilməməsi rəqəmlərin müəyyən dərəcədə aşağı düşməsinə gətirib çıxarıb.
Miqrasiya sahəsində ümumi statistik göstəricilərə nəzər yetirəndə görmək olur ki, ölkədə yaşamaq istəyən miqrantların sayının yüksək olması bu icazələrin miqdarına təsir edir".
A.Allahverənov həmçinin qeyd edib ki, növbəti dövrdə bu sahədə artım müşahidə olunacaq:
"Düşünürəm ki, dünyada, həmçinin Azərbaycanda epidemiyanın təsiri nisbətən zəiflədikcə ölkələrarası miqrasiya mübadiləsi üçün yeni imkanlar yarandıqdan sonra bu sahədəki statistik rəqəmlərdə artım hiss olunacaq.
Gələcək dövrdə ölkədəki sərhədlərdə giriş-çıxış məhdudiyyətlərinin aradan qaldırılması həmin sahənin inkişafına daha da təkan verəcək".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya