Pandemiyaya sevinib ikrah doğuranlar: Bu, düşmənçilikdi, başqa heç nə
08:42 05.08.2020
Cəmiyyət
614
Məncə adına “zoom konfrans” qoyduqları o qeybətxanadan tez-tez təşkil etsələr yaxşıdır. Çünki hər dəfəsində özlərini batırırlar. Hər dəfə iç üzlərini açırlar. Elə yayılan növbəti video da bunu sübut edir. Özünü müxalifət adlandıran, guya xalqın gələcəyini düşünən Milli Şuraçıların cılızlığı, miskinliyi, xalqa düşmən münasibəti bu videodan tam aydın görünür.
Təsəvvür edin, bunlar öz məqsədlərinə çatmaq üçün xalqın ən ağır duruma düşməsinə də razıdırlar. Bunlar koronavirusu az qala bayram edirlər, insan ölümünə, iqtisadiyyatın geriləməsinə, vətəndaşlarımızın maddi təminatının aşağı düşməsinə sevinirlər. Belə öz xalqına düşmən gözü ilə baxan müxalifət ən ciddi qınağa layiqdir.
Bunların “xaç anası” Gültəkin Hacıbəyli deyir: “Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışğı çətinləşir, bu da açığı birmənalı olaraq bizə sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların, etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s., buna sevinmək lazımdı. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədi”
Fikir verin, G.Hacıbəyli öz kirli maraqlarını əldə etmək üçün, hətta insanların koronavirusa daha çox yoluxmasına belə razıdır. Bu düşüncəyə isə yalnız və yalnız düşmən sahib ola bilər. Çünki buna başqa cür ad da vermək olmur…
Son qeybətxanada maraqlı etiraflar da olur. Məsələn, Rahim Hacıyev deyir ki, heç kim bizi dəstəkləmir, kimin nə dostu tanışı sanballı müxalifətçilər varsa, onları məcbur etmək lazımdır ki, bizi dəstəkləyən statuslar yazsınlar.
Bu adam hələ də anlamır ki, siyasət meydanında status-layk mübarizəsi olmur. Status və laykla heç bir reytinq ölçülmür. Allah eləməmiş bunlar idi guya siyasətlə məşğuldurlar.
Eyni məqamı Qənimət Zahid də bölüşür: “Bilirsiniz, adamlar özləri öz xoşları ilə yazmaq istəmirlər, gərək boyunlarına yükləyəsən. Məsələn, Bəxtiyar Hacıyevin boynuna yüklədim yazdı, Nəsimi Məmmədlini yüklədim yazdı (gülür)...”.
Təsəvvür edin, onlar özlərinə dəstək statusu yazmaq üçün də adamları yükləyirlər, məcbur edirlərmiş. Eyni zamanda, fikir yazan ətrafları hərəsinin bir neçə səhifəsi olan trollardan ibarətdir!
Şura sədri Cəmil Həsənli qeybətxana şousunda “beynəlxalq aləmə müraciət” adı altında mətn yazdıqlarını, hətta ingilis dilinə tərcümə olunduğunu da etiraf edib. Amma o da bir məqamı unudub. Artıq beynəlxalq aləm də onların kim olduqlarını yaxşı bilir. Azərbaycan dövlətinin diplomatik uğurları həzm edə bilməyən qeybətçilər siyasi sonluqlarının çoxdan çatdığının fərqində belə deyillər.
Heç kimə sirr deyil ki, Azərbaycan dövləti və rəhbərliyi pandemiya elan edilən gündən nəhəng sosial layihələrə imza atdı, əhalinin güzəranının normal məcrada qalması yönündə bütün müvafiq profilaktik tədbirləri gördü. Azərbaycan xalqı dövlətinin, dövlət başçısının hər zaman onun yanında olduğunu hiss etdi.
Mili Şuraya yığışanların son konfransı isə sübut etdi ki, təəssüf ki, öz içimizdə buna sevinənlər var. Öz xalqına, millətinə, vətəndaşına, dövlətinə bundan da artıq düşmən kəsilmək olmaz. Bu nəinki düşmənçilikdi, bu, ikrah doğurur. Bircə bu sadə həqiqəti başa düşsəydilər...
Səbuhi Məmmədli
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm