“Polis insanları qanun və qaydalara əməl etməyə çağırır”
Banuçiçək Kalbalıyeva
12:02 10.06.2020
Cəmiyyət
1002
“Kimsə bunu düzgün anlamayıb, yuxarı mərtəbədən polisin başına nələrsə tökürsə, bu, həmin insanın səhvidir”
Polis öz fəaliyyətini ancaq vətəndaşın sağlamlığının qorunmasına istiqamətləndirib”
Ölkədə xüsusi karantin rejimi elan olunduğu gündən etibarən qayğıkeş həkimlərimlə yanaşı, polislərimiz də ön cəbhədə mübarizə aparırlar.
Onlar gecə-gündüz bilmədən, yorulmadan çalışır, insanların sağlamlığının keşiyində dururlar. Sosial şəbəkələrdə dəfələrlə yayılan görüntülərdə hüquq-mühafizə orqanları əməkdaşlarının yolu keçmək üçün vətəndaşa yardım etdiklərinin, ərzaq, o cümlədən çörək alıb mənzillərinə apardıqlarının şahidi oluruq. Bu, təkcə peşə fəaliyyətini layiqincə yerinə yetirmək deyil, həm də xeyirxahlıq nümunəsidir.
Keçmiş polis rəisi Mahmud Hacıyev “Sherg.az”a açıqlamasında bildirib ki, son aylar ən çox əziyyət çəkən məhz polislər oldu:
“Mən polislərin hətta səhiyyə işçilərindən daha çox yorulduğunu deyərdim. Polis öz fəaliyyətini ancaq vətəndaşın sağlamlığının qorunmasına istiqamətləndirib. Nazirlər Kabineti yanında Operativ Qərargah müəyyən karantin qaydaları hazırlayır. Həmin qaydaların icrasına nəzarət isə polislərə tapşırılır.
Polislər kimə nə deyir ki? Sadəcə insanları qanuna, qaydaya əməl etməyə çağırır. Əgər kimsə bunu düzgün anlamır, hüquq-mühafizə əməkdaşının əməyini qiymətləndirmək əvəzinə, onu təhqir edir, yuxarı mərtəbədən başına nələrsə tökürsə, bu, həmin insanın səhvi, intellektinin, dünyagörüşünün çatışmazlığıdır.
Hələ həmin adamlar şükür etsinlər ki, onlar inzibati xətalar məcəlləsi ilə məsuliyyətə cəlb olundular və sadəcə bir neçə sutka ilə cəzalandılar. Əslində dərinə gedəsi olsaq, bu əməldə cinayət tərkibinin olduğunu da görərik. Deməli, polis əməkdaşları yenə humanistlik göstərdilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2026-cı ilin payızına damğa vuracaq 7 moda trendi
11:49 13.09.2026
Maraqlı
İsrail ordusu Livanın cənubuna artilleriya zərbələri endirib
11:45 13.09.2026
Dünya
Vanı nəhəng çəyirtkələr bürüdü: Boyları 20 santimetrə çata bilir
11:30 13.09.2026
Hadisə
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
11:06 13.09.2026
Dünya
Gümrüdə parklanma mübahisəsi qətllə nəticələnib
10:55 13.09.2026
Hadisə
Tatarıstana hücum edildi: ölü və yaralılar var - VIDEO
10:46 13.09.2026
Dünya
Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəldi
10:45 13.09.2026
Futbol
Uşaqlarda yanıq riskini azaltmaq üçün tövsiyələr
10:37 13.09.2026
Sağlamlıq
Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 999-a çatıb
09:57 13.09.2026
Dünya
Macarıstan III Çarlzdan hədiyyə etdiyi iki atını geri istədi
09:31 13.09.2026
Dünya
Sinopda bu il yumurtadan çıxan 73 leylək köç yoluna başlayıb
08:31 13.09.2026
Maraqlı
Rusiyada məktəblərdə hərbi hazırlıq saatları artırılıb
08:07 13.09.2026
Dünya
Bədəndə çoxlu xalınız varsa, hər il saymalısız – Onkoloq
07:29 13.09.2026
Sağlamlıq