Prezidentin sərəncamı həkimlərin əməyinə yüksək qiymətdir
11:46 19.03.2020
Cəmiyyət
715
Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamı imzaladı. Sərəncama əsasən yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir.
Bu, əslində indiki fövqəladə şəraitdə Azərbaycan dövlətinin həkimlərin fədakarlığının layiqincə qiymətləndirilməsidir. Heç kimə sirr deyil ki, hazırda karantin altında olan şəxslərlə həkim və tibb bacıları bir başa təmasdadırlar. Mürəkkəb şəraitdə gərgin əmək sərf edirlər, sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar. Onlar həm də xəstələr üçün bir ümid yeridirlər. Hamı həkimlərdən nicat gözləyir. Belə gərgin iş rejimində fədakarlıq edən tibb işçiləri təbii ki əməklərinin maddi qarşılığını almalıydılar. Koronavirusla mübarizəyə qoşulan hər bir tibb işçisinin əmək haqqının 3-5 misli qədər müəyyən edilməsi bu səbəbdən çox mühüm əhəmiyyət kəsb edən məsələdir və çox vaxtında verilmiş qərardır.
Bu gün virusla mübarizəyə görə, haqlı olaraq bir sıra qadağalar qoyulub. Kütləvi tədbirlər ləğv edilib. Paytaxta giriş belə məhdudlaşdırılıb. Bütün bunlar təbii ki xalqın təhlükəsizliyi və sağlamlığı üçün atılmış zəruri addımlardır. Belə bir halda həkimlərin vəziyyəti tam fərqlidir. Bu gün onlar daim öz pasiyentlərinin, infeksiyaya yoluxma şübhəsi olan şəxslərin yanındadır. Olduqca gərgin fəaliyyətdə olmaqla bərabər, istər-istəməz mənəvi və fiziki təzyiq altındadırlar. Məhz bu səbəbdən dövlət başçısının öz vətəndaşının təhlükəsizliyi üçün həkim əməyini yüksək qiymətləndirməsi alqışlanandır. Bu, əslində prezidentin xalqın yanında olmasını bir daha sübut etdiyini göstərən məqamdır.
Rəsmi məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir. Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq üçün digər qabaqlayıcı addımlar da atır.
Bir məsələni də unutmayaq ki, dünyanın “koronavirus xəritəsi”ndə önləyici tədbirlər görən ən qabaqcıl ölkələrdən biri də məhz Azərbaycandır. Virus təhlükəsinə qarşı vətəndaşların həmrəylik nümayiş etdirməsi və Nazirlər Kabineti yanında Operativ Qərargahının xəbərdarlıqlarına əməl edilməsi pandemiyanın qarşısının alınmasında önəmli silahdır. Bu tədbirlər zəncirində isə ən önəmli halqalardan biri isə prezidentin əməyini yüksək qiymətləndirib dəyər verdiyi tibb işçiləridir.
Və nəhayət, bu sərəncam bir daha sübut etdi ki, Azərbaycan iqtidarı sosial müdafiə tədbirlərini hətta belə bir şəraitdə də sosial müdafiə tədbirlərinə ara vermir. Öz vətəndaşının mənafeyini hər şeydən üstün tutur. Azərbaycan insanının sosial rifahı ümdə məsələdir.
Səbuhi Məmmədli
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm