Prezidentin Şuşa səfəri: "Erməni vəhşilikləri dünyaya göstərildi"
Turan
11:51 16.01.2021
Cəmiyyət
667
"Azərbaycan Prezidenti Şuşa səfəri ilə Qarabağa böyük qayıdışın əsasını qoydu".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib deyib.
Deputat vurğulayıb ki, Prezidentin Şuşa şəhərinə səfəri məhsuldar və tarixi səfər kimi yaddaşlarda həkk olundu:
"Bölgənin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələrinin - Füzuli-Şuşa magistral yolunun və Füzuli beynəlxalq hava limanının təməli qoyuldu. Şuşa şəhərini addım-addım gəzməklə, dağılmış, xarabazara çevrilmiş məscidlərin, tarixi abidələrin, qəbirstanlıqların vəziyyəti ilə tanış oldu. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacəbəylinin, Xan qızı Natəvanın, Bülbülün büstlərini, yaşadıqları evləri, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsini ziyarət etdi. Acınacaqlı səhnələri göstərməklə, erməni vandallarının törətdikləri vəhşilikləri dünyaya göstərdi".
Parlamentari qeyd edib ki, cənab Prezident hər bir tarixi abidənin, qəhrəman əsgərlərimizin qarşısında etdiyi çıxışlarda Azərbaycan cəmiyyətinə və revanş çağırışları səsləndirən erməni daşnaklarına kifayət qədər ciddi mesajlar verdi:
"On minlərlə günahsız insanların faciəsinin baiskarları, Xocalı cinayətkarları Koçaryanın, Sarkisyanın, Ohanyanın adlarını çəkməklə, erməni millətçilərini ciddi şəkildə xəbərdar etdi. Bir daha fərqli fikirlərə düşsələr, dəmir yumruğun yerində olduğunu xatırlatdı. Ümumiyyətlə, ölkə başçısının bu səfəri, gələcəkdə görüləcək qlobal işlərin başlanğıcı, Qarabağın bərpası üzrə yeni strategiyanın əsası kimi qiymətləndirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya