
Problemli kreditlərin çoxunu bank ümidsiz olduğundan silib
11:04 24.06.2023
Cəmiyyət
587
Statistika tam deyil
Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 490,1 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, mayın 1-i ilə müqayisədə 17,2 faiz azdır. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,4 faiz, son 1 ildə isə 27,3 faiz azalıb. Bu il mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3 faiz təşkil edib. Bu nisbət aprelin sonuna 2,8 faiz, ötən ilin sonuna 2,9 faiz, ötən il aprelin sonuna isə 3,6 faiz olub.
Problemli kreditlərin azalma səbəbini “Sherg.az"a şərh edən hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənovun sözlərinə görə, bu statistika tam deyil:

“Əvvəla, Mərkəzi Bank sadəcə faizləri göstərir. Mərkəzi Bank problemli kreditlərin azalması ilə bağlı rəqəm açıqlayanda heç vaxt konkret səbəbləri göstərmir. Son 1 ildə 27,3 faiz azalma olubsa, bu faiz nəyin hesabına dəyişib axı? Problemli krediti olan vətəndaşlar banklara olan borclarını ödəyiblər, yoxsa banklar həmin kreditlərin qaytarılmayacağına əmin olub, borcları silmək məcburiyyətində qalıblar. Mənə elə gəlir ki, problemli kreditlərin çoxunu bank ümidsiz olduğundan silib. Qısası, problemli kreditlər azalmayıb. Sadəcə, onların əhəmiyyətli hissəsi artıq hesabatlara daxil edilmir”.
Hüquqşünasın sözlərinə görə, problemli kreditlər də iki qrupa bölünür. Biri var hansısa sadə vətəndaş, yaxud sahibkar bankdan 10 min dollardan çox kredit götürüb qaytara bilməyiblər:
“Bu halda bank həmin şəxsi məhkəməyə verir və əsaslı səbəblər olduqda məhkəmə borcun silinməsi barədə qərar verir. Amma ikinci qrupa daxil olan probemli kreditlər şübhəli kreditlərdir. Bunları isə bank sahiblərinin faktiki özlərinə, yaxınlarına verdikləri kreditlərdir. Və yaxud da korrupsiya, “şapka” ilə verilən kreditlərdir. Bu gün problemli kreditlərin mütləq əksəriyyəti, azı 60 faizi məhz belə kreditlərdir. Bu problemli kreditlərə qarşı ciddi addım atılmayıb. Problemli kreditlərin yaranmasında nəzarət edən qurum kimi Mərkəzi Bankın məsuliyyət daşıdığını düşünürəm. Deyib ki, Mərkəzi Bank və hüquq-mühafizə orqanlarının səylərinin birləşdirilməsi nəticəsində şübhəli problemli kreditlərin əhəmiyyətli dərəcədə azalmasına nail olmaq mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
11:10 27.08.2026
Dünya
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou