Professor Əli Rəcəbli vəfat edib
09:49 13.11.2022
Cəmiyyət
412
Görkəmli numizmat alim, professor Əli Rəcəbli vəfat edib.
Bu barədə APA-ya AMEA-dan məlumat verilib.
Məlumata görə, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika elmi fond şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəblinin 95 yaşında vəfat edib.
Əli Rəcəbli 1927-ci il avqustun 2-də Zaqatala rayonunda anadan olmuşdur. O, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Yevgeni Paxomovun məsləhəti və Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru, məşhur arxeoloq S.Qazıyevin təklifi ilə “numizmatika” ixtisası üzrə respublikada ilk aspirant olaraq Muzeyin aspiranturasına daxil olmuşdu.
Həmin illərdə Muzeyin Numizmatika fondunun mühafizi vəzifəsini (ictimai əsaslarla) icra edən Əli Rəcəbli həm tədqiqat mövzusunu araşdırmağa, həm də numizmatik təcrübə əldə etməyə nail olmuşdu.
1953-cü ildən muzeydə kiçik elmi işçi olaraq fəaliyyət göstərən Əli Rəcəbli, 1963-cü ildə 07.00.06 – “Arxeologiya” ixtisası üzrə “Səfəvilər dövlətində məskukat işi – XVI-XVIII əsrlər” (rus dilində) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1968-ci ildən Muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri vəzifəsində işləyən alim həm də bir neçə ali təhsil ocağında pedaqoji fəaliyyət göstərmiş, müxtəlif fənlər üzrə mühazirələr demiş, bir sıra metodik tövsiyyələrin, dərs proqramlarının müəllifi olmuşdu.
Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından olan, muzeyin mövzu-ekspozisiya planlarının tərtibində, təşkilində və reekspozisiya işlərində, habelə respublikanın bir sıra diyarşünaslıq muzeylərinin mövzu-ekspozisiya planlarının tərtibi, ekspozisiyalarının montajı, eksponatların təyin və tədqiqi işində bilavasitə iştirak edən Əli müəllim 1970-ci ildə “Fədakar əməyə görə” medalı ilə təltif edilmişdi.
Onun müəllifi olduğu 1997-ci ildə çap edilmiş “Azərbaycan numizmatikası” (rus dilində) dərsliyi bu sahəni təmsil edən ilk dəyərli və təcrübi əhəmiyyətli əsərlərdəndir.
2000-ci ildə “Arxeologiya” və “Vətən tarixi” ixtisasları üzrə “Azərbaycan numizmatikası” (rus dilində) mövzusunda doktorluq dissertasiyasını müdafiə edən Əli Rəcəbli Azərbaycanın numizmatik abidələrinə həsr edilən 100-dən artıq elmi məqalənin müəllifi idi.
Bir sıra aspirant və dissertanın işlərinə rəhbərlik edən, doktorluq və namizədlik dissertasiyalarına opponentlik edən, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının, Arxeologiya və Etnoqrafiya İnstitutunun Müdafiə Şurasının üzvü olan alim həm də Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın eksperti olaraq fəaliyyət göstərmişdir.
2006-cı ildə AAK-ın qərarı ilə professor elmi adına layiq görülən Əli Rəcəbli 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Professorun çoxillik elmi axtarışları və numizmatika fondunda toplanmış faktik materiallar əsasında yazdığı “Azərbaycanın qədim və ortacağ sikkələri”, “Azərbaycan sikkələri” (Azərb. rus və ing. dillərində), “Sikkə və dövlətçilik” (Azərb. və rus dillərində), “Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə) işi” (rus dilində), “Şirvanşahlar dövlətində sikkə zərbi – VIII – XVI əsrlər” (Azərb. rus və ing. dillərində), “Qafqaz pulları” (Azərb., rus və ing. dillərində), “Qaraqoyunlu və Ağqoyunlu sikkələri” (Azərb. və rus dillərində), “Sikkə dəfinələrinin izi ilə” kitablarında Azərbaycan numizmatikasının ən unikal faktları təmsil edilmişdir.
Professor Əli Rəcəbli əldə etdiyi nailiyyətlərə görə AMEA Rəyasət Heyətinin qərarı ilə 2017-ci ildə A.A.Bakıxanov adına mükafatın laureatı adına layiq görülmüş, növbəti ildə isə V Filekspo sərgisi münasibətilə Qızıl medalla təltif edilmişdir.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm