Qarayara nədir, hansı formada yayılır və ondan necə qorunaq ? – Həkim məsələti
Fidan Həmişəyeva
15:12 02.08.2019
Cəmiyyət
18518
Sabirabadda iki nəfərdə qarayara xəstəliyi aşkarlanıb. Səhiyyə Nazirliyinin məlumatına görə, onlardan biri dünyasını dəyişib.
İllər boyu adı qorxulu kabus kimi çəkilən qarayara nədir?
Qarayaranın elmi dildə adı Sibir xorası kimi çəkilir. 1945-ci ildə İranda bu xəstəlikdən 1 milyon qoyun, ABŞ-da isə 1944-1994-cü illərdə 224 insan ölümü qeydə alınıb. Ən böyük epidemiya isə 1979-1985-ci illərdə Zimbabvedə baş verib. Bu epidemiya 10.000-dən artıq insanın həyatına son qoyub.
Qarayara bütün növ kənd təsərrüfatı və vəhşi heyvanların, həmçinin insanların xüsusi təhlükəli xəstrəliyidir. Xəstəlik at, qaramal, qoyun və s. heyvanlarda ildırımvari, iti və yarımiti formada, donuzlarda isə əsasən məhdud angina formasında, xəzdərili heyvanlarda isə yem infeksiyası şəklində büruzə verir. Xəstəliyin ən çox yayılmış forması dəri yarasıdır. Bu, 95 faiz təşkil edir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında qarayara xəstəliyinin yayılma ehtimalı olduğunu bildirdi.
Professorun sözlərinə görə, xəstəliyin infeksiyası əsasən torpaqdan keçir:
“Qarayara daha çox xəstə heyvan və insanların basdırıldığı yerlərdə olur. Ola bilər ki, heyvanlar bu xəsətliyə yoluxsunlar, bu zaman insanlara da yayılma ehtimalı olduqca böyükdür.
Təcrübə göstərir ki, hətta bir arialda olan heyvanların hamısı bu xəstəlikdən ölür. Məsələn, sürü halında olan heyvanlardan birində bu xəstəlik varsa, kütləvi olaraq digər heyvanlara da yoluxur. Bəzi heyvanlar var ki, bu xəstəliyə daha dözümlüdürlər. Xəstəlik olduqca ağırdır və bir neçə forması var. Ən çox yayılan forma isə dəri formasıdır.
Bu zaman dəridə yaralar əmələ gəlir və təbii ki, məsələ bu yara ilə bitmir. Xəstəlik törədicinin özü orqanizmdə çox dərin fəsadlar yaradır.
Bu isə ölümə gətirib çıxaran faktordur. Ona görə də müvafiq sturukturlar bu işi yerində lokallaşdırmalı, lazımlı tədbirlər görülməli, xəstə olan heyvanlar məhv edilməlidir. Xəstəliyə yoluxan insanlar xüsusi palatalarda müalicə almalıdır. Çalışmaq lazımdır ki, infeksiyanın yayılmasının qarşısı alınsın. Bu, olduqca vacibdir.
Xəstəliyə yoluxan şəxsin dərisində qara ləkə əmələ gəlir. Daha sonra həmin şəxsdə yüksək hərarət, halsızlıq, zəiflik, temperatur düşməsi baş verir. Tez bir zamanda müalicə olunmadığı təqdirdə isə xəstənin ölümünə səbəb ola bilər. Ona görə də belə bir yara varsa, kimsə kənd heyvanları ilə kontaktda olubsa, mütləq həkimə müraciət etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan İlham Əliyevi təbrik etdi
21:00 04.02.2026
Siyasət
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm