Qlobal istiləşmə ehtimalı: Zaman daralır...
03:28 07.02.2024
Cəmiyyət
904
Alimlər insan amilindən qaynaqlanan qlobal istiləşmənin ehtimal edildiyindən daha erkən başladığını müəyyən edib. “Sherg.az” NTV.com.tr”yə istinadən bildirir ki, alimlər təşviş içindədir. Onlar dünya üçün zamanın daraldığı xəbərdarlığı edir. Avstraliya və ABŞ-nin iqlim tədqiqatçıları son 300 ildə okeanda və havada temperatur dəyişikliyini müəyyən etmək üçün Karib dənizindəki dəniz süngərləri üzərində tədqiqat aparmağa başlayıblar. Tədqiqat zamanı iqlim dəyişikliyinin fərz edildiyindən daha erkən başladığı məlum olub. Tədqiqatçılar heyrətlə müəyyən edib ki, qlobal istiləşmə 1,5 santigrat dərəcədə saxlanılma hədəfini çoxdan aşıb. Yer kürəsində temperatur sənaye inqilabı dövründən bu yana 1,7 dərəcə yüksəlib. Alimlər qlobal istiləşməyə əlac tapılması məsələsində “zamanın tükənməyə başladığını” həyəcanla xəbər verir. Qərbi Avstraliya Univeristetində dəniz geo-kimyaçısı Malkolm Mak Kulloç və ABŞ-nin İndiana Əyalət Universitetinin oşinografı Amos Vintə tədqiqatlar haqqında “The Associated Press”də açıqlama ilə çıxış edib. Mak Kulloç və Vintə Hökumətlərarası İqlim Dəyişikliyi Panelində çıxışları zamanı qlobal istiləşmənin təxmin ediləndən daha öncə başlamasının məntiqli olduğunu qeyd ediblər. Və bunu sənaye inqilabının 1800-cü illərin ortalarında başlaması ilə izah ediblər. Zamanın tükəndiyinə dair xəbərdarlıq edən alimlər əldə etdikləri nəticələrin iqlim dəyişikliyinin sürətlənməsi mülahizəsini dəstəklədiyini bildiriblər. Nümunə olaraq tədqiqata cəlb olunmuş dəniz süngərlərindən birinin yaşının 320-dən artıq olduğuna işarə edən tədqiqatçılar bu süngərlərin sənaye inqilabı dönəmindəki mexanizmlərdən daha yaxşı ölçü aləti olduğunu, süngərlərin dəniz mərcanları, buz çəyirdəkləri və ağac halqalarından toplanan nümunələrlə müqayisə edildiyini bildiriblər. Alimlər bildirib ki, bu süngərlərə yalnız Karib dənizi hövzəsində rast gəlinir və onlar “El Nino” və “La Nina” kimi isti və soyuq axınlardan çox da təsirlənmirlər. Lakin bəzi alimlər tədqiqatların yalnız bir dəniz hövzəsi canlıları üzərində deyil, digər dənizlərdə də aparılmasının və ancaq belədə qlobal istiləşmə ilə bağlı daha dəqiq nəticələr əldə edilə biləcəyi fikrindədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya