Qulu Məhərrəmli: Bizim televiziya tamaşaçılarının böyük qismi şou həvəskarıdır
Qulu Məhərrəmli: Bizim televiziya tamaşaçılarının böyük qismi şou həvəskarıdır
Yusif Nəzərli
09:34 05.05.2024
Cəmiyyət
762
Amma gəlin, öyrənək onlar kimdir, onlar cəmiyyətin hansı seqmentini təmsil edirlər
“Təəssüf ki, televiziyalarda keyfiyyəti aşağı şouların sayı artmaqdadır. Bu, reallıqdır”
2024-cü ilin birinci rübündə (yanvar, fevral və mart aylarında) Azərbaycan televiziya kanallarında yayımlanmış proqramların 23,5 faizini informasiya və analitik proqramlar təşkil edib.
Audiovizual Şuradan verilən məlumata görə, sıralamada daha sonra idman proqramları (15,2 faizi ilə), musiqili və əyləncəli formatda proqramlar (13,9 faizi ilə) və reklam məzmunlu materiallar (12 faiz) yer tutur. Mədəni-maarif janrlı proqramların (maarifləndirici, publisistik, tarixi-mədəni və sairə materiallar) payı bütün kanallar üzrə ümumi olaraq 9,4 faiz olub.
Professor Qulu Məhərrəmli isə “Sherg.az”a açıqlamasında deyib ki, universal televiziyalar yayım konsepsiyasından asılı olaraq proqram siyasətində balansı qorumalıdır:
“Büdcədən maliyyələşən televiziyalar daha çox əhalini məlumatlandırmağa və maarifləndirməyə borcludur. Onların proqramları arasında da informasiya, xəbərdən törəmə proqramlar və ictimai müzakirə, analitik verilişlərin sayı kifayət qədər çoxdur. Özəl kommersiya kanallarında isə daha çox musiqili, əyləncəli verilişlər üstünlük təşkil edir.
Statistika barədə dəqiq məlumatım olmasa da, deyim ki, televiziya verilişlərinin davamlı monitorinqi aparılmalıdır. Qəbul edilmiş statistikaya əsasən ictimai- siyasi proqramların ümumi həcmi 30-40 faiz, yerdə qalanlar isə əyləncə, kino, musiqi, şou xarakterli proqramlar olur. Onların hansı saatda verilməsinin isə ciddi rolu var.
Bizim televiziyaya baxan tamaşaçıların böyük qismi şou həvəskarıdır, onlar efirdə cürbəcür ailə-məişət mövzularının müzakirəsinə qoşulmağı sevir, süni yaradılan konfliktlərdə cazibə axtarırlar. Bu cür verilişlərə baxanların sayı çoxdur. Amma gəlin, öyrənək onlar kimdir, onlar cəmiyyətin hansı seqmentini təmsil edirlər, televiziyalar bu verilişləri hansı hədəf auditoriyasına yönəldir. Televiziya üçün birinci növbədə universal auditoriya var. Yəni hamı üçün nəzərdə tutulan verilişlər. Düzdür, ayrıca proqramlar da hazırlanır, az sayda olsa da. Qadınlar üçün, uşaqlar üçün, gənclər üçün... Amma şou proqramlar hamı üçün, geniş kütlə üçün, hər kəs üçün nəzərdə tutulur. Və təəssüf ki, televiziyalarda keyfiyyəti aşağı şouların sayı artmaqdadır. Bu, reallıqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm