"Gələcəkdə media sahəsində əlaqələrin yaradılması, ekspertlərin bu prosesə cəlb olunması barədə razılaşma oldu"
"Bu görüş təkcə ümumi müzakirələr xarakteri daşımır. Vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri konkret işgüzar şəraitdə gələcək praktiki addımların həm müzakirəsi, həm də müəyyən məsələlərə dair razılaşmaların əldə olunması baxımından önəmlidir".
Bunu Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli "Sherg.az" bildirib.
R.İsgəndərlinin görə, belə görüşlər müəyyən qərarlarla yadda qalır:

"Gələcəkdə media sahəsində əlaqələrin yaradılması, digər kontaktların qurulması, ekspertlərin bu prosesə cəlb olunması barədə razılaşma oldu. Qərara alındı ki, qarşılıqlı səfərlər yenə davam etdirilsin. Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri onları maraqlandıran sualları Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyevə ünvanladılar. Hikmət müəllim də onları cavablandırdı. Yəni ümumilikdə görüşlərdə atmosfer çox pozitivdir. Vətəndaş cəmiyyətinin nümayəndələri müzakirələrdə ziddiyyətli məqamlardan daha çox gələcək üçün önəm kəsb edən ümumi məqamların müzakirəsinə üstünlük verirlər. Proqramın mədəni tədbirlər hissəsində Ermənistan nümayəndə heyəti İçəri Şəhəri, Nizami küçəsini, Bakı Bulvarını, Ağ Şəhəri və Heydər Əliyev Mərkəzini gəziblər. Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat yolunu əks etdirən xüsusi bölmə ilə yanaşı, daimi və müvəqqəti zərgi kompozisiyalar da var. Ermənistan nümayəndə heyəti onların hər biri ilə tanış oldular".