Son xəbərlər

Cəlilabadda su xəttində qəza olub

Cəlilabad rayonunda içməli su təchizatında fasilə yaranıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, rayonun Uzuntəpə kəndi ərazisindən keçən 110 mm-lik magistral içməli su xəttində qəza baş verib. Nəticədə rayonun bir hissəsinə suyun verilişi dayanıb.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.