RƏSMİ: “Çəyirtkələrə qarşı texnikalar hazır vəziyyətə gətirilib” - ÖZƏL
Şəymən Bayramova
15:37 16.03.2020
Cəmiyyət
1653
Yaqub Cəfərov:“İnnovativ texnologiyalar əsasında hazırlanan çiləyicilər cənub bölgəsinə yönəldilib. Çünki gəlsələr, biz onları Cənubda qarşılayacağıq”
“Onların qarşısı alınmçasa, hamısı birlikdə Azərbaycana keçsə, qısa bir vaxt ərzində böyük bir sahəni talan edərlər”
Milyardlarla səhra çəyirtkəsi Asiyanı keçib İranın bir sıra əyalətlərinə, oradan isə Türkiyə sərhədlərinə çatıblar. Bu isə onların yaxın günlərdə şimala doğru hərəkətlənib Azərbaycana çatması təhlükəsini yaradır. Maraqlıdır, Kənd Təsərrüfatı Nazirliyi 400 milyardlıq çəyirtkə dəstəsinin verəcəyi zərərdən sığortalanmaq üçün hansı tədbirləri görüb? Çəyirtkələr gələrsə, onların vaxtında məhv edilməsi üçün nə kimi hazırlıqlar aparılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru Yaqub Cəfərov "Şərq"ə açıqlamasında 400 milyardlıq çəyirtkə dəstəsinin Azərbaycana gəlmə ehtimalının çox aşağı olduğunu deyib:
"Çəyirtkələrin uçması üçün orta temperatur 25 dərəcədən yüksək olmalıdır. Çünki həmin çəyirtkələr bədən temperaturu yüksəldikdən sonra hərəkət edir və qidalanırlar. Onların bədəni isə günəş şüasının təsiri altında 10 -15 dərəcə isinir. Bədən temperaturu 35-40 dərəcəyə çatdıqdan sonra onlar hərəkət etməyə və yeməyə başlayırlar. Temperatur bundan aşağı olduqda səhra çəyirtkələri hərəkət qabiliyyətli olmurlar, süst düşüb qalırlar. Azərbaycanda havaların sərin və buludlu olması çəyirtkələrin ölkəmizə gəlmə ehtimalını azaldır.
Çəyirtkələrin hərəkətə başlayandan sonra gün ərzində 10-12 km məsafə qət edə bildiklərini vurğulayan KTN rəsmisi hesab edir ki, İranın cənubundan, Türkiyədən Azərbaycana doğru hərəkət edən çəyirtkələr gəlib çatsalar belə, sərin havaya düşəndən sonra hərəkət edə bilməyəcəklər. Dediyim kimi buna ölkəmizdəki sərin hava şəraiti imkan vermir. Artıq yarımcan olan çəyirtkələri isə biz preparatlar vasitəsilə asanlıqla məhv edə biləcəyik”.
Son 50 il ərzində ölkəmizdə çəyirtkələrin hücumunun bir neçə dəfə müşahidə olunduğunu deyən Y. Cəfərov hesab edir ki, bu ilk təhlükə deyil:
“Onlar əsasən may və iyunun əvvəlində ölkəmizin ərazisinə düşürlər. Əgər aprel ayında havalar kəskin istiləşsə, İran sərhədində dayananan çəyirtkələrin Azərbaycana gəlməsi gözləniləndir. Az da olsa, həmin ehtimala əsasən nazirlik lazımı hazırlıqlar görüb. Bizim kifayət qədər çiləyici texnika, dərman preparatları ehtiyatımız var. İnnovativ texnologiyalar əsasında hazırlanan çiləyicilər saz vəziyyətinə gətirilib cənub bölgəsinə yönəldilib. Çünki gəlsələr biz onları Cənubda qarşılayacağıq. Bu bizim ilk təcrübəmiz deyil. Biz bir neçə dəfə İtaliya, Asiya, Mərakeş çəyirtkələri ilə uğurlu mübarizə aparmışıq, təsərrüfata zərər vura bilməyiblər. Səhra çəyirtkələrini əsasən alfaspermetrinlə məhv edirik. İndiki halda təlaşa heç bir əsas yoxdur. Martın sonu, aprelin ilk ongünlüyünədək səhra çəyirtkələri Azərbaycana hücum etsələr belə mübarizə üçün yetərincə imkanlarımız var. Onlar key vəziyyətində olduğundan qısa vaxt ərzində onların öhdəsindən gələ biləcəyik".
Bununla belə İran sərhəddində dayanan çəyirtkə dəstəsinin həddindən artıq çox olduğunu vurğulayan AXA sədr müavini deyib ki, hamısı birlikdə Azərbaycana keçsə, qısa bir vaxt ərzində böyük bir sahəni talan edərlər:
"Əsasən taxıl, tərəvəz bitkiləri və texniki bitkilərlə qidalanan bu həşəratlar bütün məhsulları kökünə qədər yeyib bitirə bilər. Çəyirtkələr sürü halında yaşayır və olduqca böyük təsərrüfat və iqtisadi əhəmiyyətli zərərvericidir. Düşdüyü ərazilərə çox böyük ziyan vura bilir. Səhra çəyirtkələri hazırda İranda bir kvadratmetr ərazidə 40-80 ədəd olmaqla kənd təsərrüfatı bitkilərinə zərər vurur. Az ehtimal olsa da 400 milyardlıq çəyirtkə dəstəsi Azərbaycana gələrsə, hazırda kollama mərhələsində olan taxıla böyük zərər vura bilər. Bu baxımdan cüzi ehtimal da olsa bunu nəzərə alıb, qabaqlayıcı tədbirlər görmüşük. Dövlət vəsaiti hesabına lazımi texnika və preparatlar alınıb anbarlara yığılıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi