Rusiyada boşanan cütlüklər arasında uşağın kiminlə yaşayacağı və tərbiyə şərtləri ilə bağlı əvvəlcədən notarial razılaşmaların bağlanması halları artıb.
Sherg.az xəbər verir ki, məlumata görə, bəzi ailələr boşanma prosesini məhkəməyə daşımamaq üçün uşağın yaşayış yeri, valideynlərlə görüş qrafiki və tərbiyə şərtlərini əvvəlcədən sənədləşdirirlər.
Ekspertlərin sözlərinə görə, bu cür razılaşmalar uşağın psixoloji yükünü azaltmaq və uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısını almaq məqsədi daşıyır.
Bəzi müqavilələrdə uşağın müəyyən yaşdan sonra yaşayış yerinin dəyişdirilməsi, valideynlər arasında görüş rejimi və gündəlik qaydalar belə qeyd olunur.
Notariuslar bildirir ki, qanunla ziddiyyət təşkil edən şərtlər təsdiqlənmir və bütün razılaşmalar hər iki tərəfin könüllü razılığı əsasında rəsmiləşdirilir.