
Rusiyaya gedən azərbaycanlıların sayı hər gün sürətlə azalır -RƏY
Yusif Nəzərli
08:29 27.02.2025
Cəmiyyət
493
Sərt qaydalar çərçivəsində Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olmağın çətinliyini düşünən həmyerlilərimiz planlarını təxirə salmalı olurlar
Bu ilin yanvar ayında 2024-cü ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 4,3 faiz artaraq 154,1 min nəfər olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 36,5 faiz, Gürcüstana gedənlərin sayı 15,1 faiz, Türkiyəyə gedənlərin sayı 2,9 faiz artıb, Rusiyaya gedənlərin sayı isə 27,3 faiz azalıb.
Azərbaycan vətəndaşlarının 36,1 faizi Türkiyəyə, 15,4 faizi Rusiya Federasiyasına, 11,7 faizi Gürcüstana, 10,7 faizi İrana, 26,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 67,1 faizini kişilər, 32,9 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,7 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Milli Məclisin deputatı, Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov isə “Sherg.az”a açıqlamasında deyib ki, Rusiyanın müharibə aparması, müxtəlif təhlükələrin artması, səfərbərlik məsələsi və miqrasiya qanunlarının sərtləşdirilməsi miqrantların bu ölkəyə axınına mənfi təsir göstərib:

“İki dövlət arasında mqrasiya mübadiləsi həcminin azalıb-artması bir çox amillərdən qaynaqlanır. Bu amillər də həm iqtisadi kontekstdə özünü büruzə verir, həm də siyasi nöqteyi-nəzərdən baş verir.
Düzdür, pandemiya zamanı Azərbaycanın quru sərhədlərinin bağlanması və hələ də sərhədlərin bağlı olması da miqrasiya mübadiləsinin müxtəlif göstəricilər üzrə azalmasına gətirib çıxarır. Lakin bütün ölkələrlə quru sərhədlərinin bağlı olmasına baxmayaraq, Rusiya ilə Azərbaycan arasında miqrasiya mübadiləsinin azalması göstərir ki, əsas səbəb inzibati məhdudiyyət və qadağalar deyil”.
Rusiya-Ukrayna müharibəsinin Rusiyanın bir çox sahələrinə mənfi təsir göstərdiyini xatırladan deputat bu sahələrdən birinin də məhz miqrasiya olduğunu qeyd edib:
“Beynəlxalq nəzəriyyəyə və praktikaya nəzər salsaq görərik ki, miqrasiya mübadiləsi ilk növbədə ictimai-siyasi mühitin sabit olduğu ölkələrdə daha intensiv xarakter alır. Müharibə aparan ölkələrdə yaşanan vəziyyət isə yerli əhali ilə yanaşı, miqrantlara da toxunur. Adətən, miqrantlar müharibə gedən ölkələrdə qalmaqda maraqlı olmurlar. Çünki bu ölkələrdə qalmaları əksər hallarda onların ciddi iqtisadi fəsadlarla üzləşməsinə gətirib çıxarır. Rusiya da hazırda Qərbin ciddi iqtisadi sanksiyaları ilə üz-üzədir. Bu da öz növbəsində Rusiyanın bir çox sahələrində iqtisadi geriləməyə, staqnasiya hallarına gətirib çıxarıb. Nəticədə bir sıra iş yerləri bağlanır ki, bu da öz təsirini həmin sahədə çalışan miqrantlara da göstərir. Rusiyada Qərb şirkətlərinin fəaliyyətinin iqtisadi sanksiyalar üzündən dayandırılması ilə həmin sahələrdə çalışan miqrantlar da işsiz qalıblar”.
Miqrasiya Əməkdaşlıq Platformasının rəhbərinin sözlərinə görə, müharibənin getdiyi ölkədə müxtəlif kateqoriyadan olan insanlar, xüsusən də miqrantlar üçün təhlükələrin artması da bu statistikaya öz təsirini göstərib:
“Eyni zamanda ötən il "Krokus" ticarət mərkəzində baş verən terror aktından sonra Rusiyada miqrasiya qanunvericiliyinin xeyli sərtləşdirilməsi də ölkəyə gedən miqrantların sayına ciddi təsir edir. Təcrübə də göstərir ki, insanlar liberal miqrasiya qaydalarının mövcud olduğu ölkələrə üz tutmağa üstünlük verirlər. Miqrantların Rusiya cəmiyyətinə inteqrasiyası üçün qarşılarına ciddi öhdəliklər qoyulub və onlara əməl etməyənlər ölkədən çıxarılır. Sərt qaydalar çərçivəsində Rusiya ərazisində uzunmüddətli əmək fəaliyyəti ilə məşğul olmağın çətinliyini düşünən həmyerlilərimiz də bu kimi planlarını təxirə salmalı olurlar”.
Gürcüstanla Azərbaycan arasında miqrasiya mübadiləsinin hər zaman güclü olduğunu vurğulayan A.Allahverənov deyib ki, bu il Gürcüstana miqrasiyanın artmasının bir səbəbi də Azərbaycan vətəndaşlarının Gürcüstan üzərindən digər ölkələrə miqrasiya etməsidir:
“Gürcüstanla Azərbaycan arasında biznes əlaqələri güclənir, inteqrasiya layihələrinin sayı artır. Bütün bunlar da Gürcüstana səfər edən vətəndaşlarımızın sayının artmasına gətirib çıxarır. Üzü yaza, yaya doğru mövcud statistikanın daha da artacağına şahid olacağıq. O cümlədən də Türkiyəyə miqrasiya mübadiləsinin həcmində müəyyən artımların olacağı istisna deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya
Azərbaycan nefti bahalaşıb
10:25 16.05.2026
İqtisadiyyat