Sabiq icra başçısı DTX-nin təcridxanasından köçürülüb
Yusif Nəzərli
12:33 10.11.2022
Cəmiyyət
268
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
“Report”un xəbərinə görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə elan olunub ki, A.Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Bundan başqa, sabiq icra başçısının Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Penitensiar Xidmətin istintaq təcridxanasına köçürüldüyü məlum olub.
Məhkəmənin növbəti iclası noyabrın 24-nə təyin olunub.
Qeyd edək ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkə də Ukraynaya dizel yanacağı ixracını dayandırdı
19:04 18.02.2026
Dünya
“Nyukasl”ın futbolçuları Bakı küçələrində - FOTO
19:01 18.02.2026
Futbol
Zelenskinin Ofisi: Cenevrədəki danışıqlar çətin olsa da, vacib idi
18:28 18.02.2026
Dünya
KİV: İrana qarşı hərbi əməliyyatın başlama ehtimalı 90%-dir
17:50 18.02.2026
Gündəm
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
17:47 18.02.2026
Gündəm
Ukraynada müharibənin davam etməsi ehtimalı yüksəkdir - ŞƏRH
17:23 18.02.2026
Gündəm
Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb
17:18 18.02.2026
İqtisadiyyat
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var
16:39 18.02.2026
Hadisə
Ermənistanın mina xəritələri hələ də gizlədilir - ŞƏRH
16:33 18.02.2026
Aktual
Starmer və Tramp Rusiya-Ukrayna və İran məsələlərini müzakirə edib
15:55 18.02.2026
Gündəm
Məsud Pezeşkian region ölkələrinə çağırış etdi
15:51 18.02.2026
Region