“...Sağlam insanlardır, amma heç birinin gözü görmür” – Linza bəlası
Fidan Həmişəyeva
15:09 07.08.2019
Cəmiyyət
1027
Son zamanlar linzalardan istifadə edənlərin sayı artıb. Xüsusilə kosmetik linzaların müxtəlif çeşidləri gözlərin rəngini dəyişmək, onlara parıltı, müxtəlif çalar verməklə yanaşı, eynəkləri də əvəz etməsi onlara olan tələbatı daha da artırır.
Linzasevərlər çox vaxt bu həvəsi istədiyi göz rənginə sahib ola bilməklə izah edirlər. Lakin mütəxəssislər bildirir ki, linzaların müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də var. Xüsusilə, satışda olan saxta linzalar təhlükə mənbəyidir. Saxta linzalar gözlərdə müxtəlif infeksiyaların yaranmasına, görmə qabiliyyətinin itirilməsinə də səbəb olur.
Türkiyə və Amerika mətbuatının məlumatına görə, linzalar ucbatından görmə qabiliyyətini itirən xeyli insan var. Dünyada hər gün 3 nəfər linzadan düzgün istifadə etmədiyi üçün görmə qabiliyyətini itirir. Linzalarla bağlı problemlər onların keyfiyyətsiz və saxta variantlarının da bazarda yer alması ilə izah olunur.
Həkim Şəmsiyyə Namazlı “Sherg.az”a açıqlamasında bildirib ki göz ətraf mühitlə əlaqə yaratmağımızda ən vacib orqanlarımızdan biridir:
“Bir həkim olaraq gözə yerli-yersiz müdaxilə edilməsinin tərəfdarı deyiləm. Ev şəraitində linzalardan necə gəldi istifadə edənlər çoxdur. Lakin linzasevərlər bir məqamı unudurlar ki, linzaların da müəyyən tərkibləri var. Bu tərkiblər gözün bəbəyinə təsir edir və göz sturukturunun pozulmasına səbəb ola bilər. Hər dəfə linzalardan istifadə edənlər göz bəbəyinə toxunurlar və gözə travma verirlər. Beləliklə, gözdə sulanma olur, qaşınmalar yaranır. Xanımlar süni və uzun dırnaqlarla linza istifadə etdikcə göz bəbəyinin deşilməsinə də nail ola bilərlər. Bütün bunlar isə böyük fəsadlara yol açır”.
Həkim qeyd edib ki, 1-2 saatlıq görüntü və dəyişiklik yaratmaq üçün hər dəfə göz bəbəyinə müdaxilə etməyə dəyməz:
“Ola bilər gözdə elə bir xəsətlik var ki, optik linzalardan istifadə etmək vacib olur. Bu zaman həkim nəzarəti altında və onun yazdığı tərkibə uyğun linzalardan istifadə etmək olar. Fikrimcə, sırf görüntü üçün rəngli linzaları taxmaq düzgün deyil. Çünki göz ən incə orqandır və ona bir dəfə travma veriləndə geri dönüşü olmayan bir yola girə bilərik. Bir anlıq düşünək ki, bir cəmiyyət və həmin cəmiyyətdə fiziki cəhətdən sağlam insanlar var. Amma bu insanların heç birinin gözü görmür. Həmin cəmiyyətdə nəyə nail olmaq olar? Ona görə də məsləhətim budur ki, insanlar həkim göstərişi olmadan yersiz şəkildə linzalardan istifadə etməsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan İlham Əliyevi təbrik etdi
21:00 04.02.2026
Siyasət
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm