Sağlamlığa təhlükə ! - Kərə yağı adı ilə saxta yağ satılır – Ölüm saçır !
Fidan Həmişəyeva
11:56 08.07.2020
Cəmiyyət
1116
“Maşının yük yerində qoyulub satılan yağların tərkibi, əlbəttə, müəmmalıdır”
“Üzərində etiket və qablaşdırılması olmayan məhsullar alınmamalıdır”
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonu, Güloğlular kəndində saxta kərə yağı aşkarlayıb. Hadisə kəndin “Təzə Bazar” ərazisində Lada VAZ 21015 markalı minik avtomobilinin yük yerinə baxış zamanı qeydə alınıb. Məlum olub ki, baytarlıq ekspertizasından keçməmiş, texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, çəkisi 260 kiloqram olan kərə yağı (nehrə yağı) adı altında bitki yağının satışının həyata keçirilir.
Reyd zamanı yağın fiziki şəxs Babayeva Gülxatın Əli qızına məxsus olduğu müəyyən edilib.
Məhsuldan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Analizin nəticələrinə görə yağın bitki mənşəli yağ olduğu və mikrobioloji çirklənməyə məruz qaldığı aşkarlanıb.
Vəziyyəti “Sherg.az”a dəyərləndirən qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev bildirib ki, əhalinin sağlamlığna təhlükə törədən bütün hallar yolverilməzdir. Ekspert bildirib ki, baş verən hadisədə məhsulun texniki normativ hüquqi akt tələbləri yerində deyil:
“Yağlar üç atomlu step qliserin və yağ turşularından ibarətdir. Yağlar həmçinin insan orqanizmində ən birinci enerji balansını təmin edir. Çünki 1 qram yağ maddələr mübadiləsinin metobolizmi üçün enerji ayırır. Bu 9 kaloriyə bərabərdir. Şəkərlər, karbohidratlar və zülallarla müqayisədə yağlar insan orqanizmini 2 dəfədən çox enerji balansı ilə təminatlandırır.
Bərdədə satılan yağların mənşəyi bəlli deyil. Belə məhsulların satışı yolverilməzdir. Maşının yük yerində qoyulub satılan yağların tərkibi, əlbəttə, müəmmalıdır”.
E.Fərzəliyev qeyd edib ki, istehlakçıların maarifləndirilməsi də vacibdir:
“Üzərində etiket və qablaşdırılması olmayan məhsullar alınmamalıdır. Əhali bunu dərk etməlidir. Hazırda bazar iqtisadiyyatı mərhələsindəyik. Alınmayan məhsulları gətirib yenidən bazarda satmırlar.
Birmənalı olaraq sənaye miqyası istehsalat prosesində qablaşdırılmış məhsulların hamısının üzərində müəssisənin adı, istehsal tarixi və son istifadə müddətdi, məhsulun hansı rejimlərdə saxlanması qeyd olunur. Hətta bəzi məhsulların tərkibi yazılır. Ona görə də istehlakçıların maksimum diqqətli olması vacibdir.
Əhalinin aldadılması ilə nəticələnən hallara imkan vermək lazım deyil. Bu işdə QTA-nın fəaliyyəti müsbət dəyərləndirilməlidir. Həmçinin digər aidiyyəti orqanlar prosesə müdaxilə etməlidirlər. Bu işi həyata keçirən insanlar mütləq ağır məsuliyyətə cəlb olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm