Sakinlərə müjdə! - Metronun “Xocasən” stansiyası istifadəyə hazırdır
Yusif Nəzərli
13:32 03.10.2022
Cəmiyyət
653
“Hazırkı inşaat, infrastrukturun qurulması və digər işlər bu ilin sonuna yaxud 2023-cü ilin əvvəlinə dək yekunlaşmalıdır”.
Bunu “Sherg.az”a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metropolitenin “Bənövşəyi xətt”in yerüstü stansiyası olan “Xocasən” in açılmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, işlər sürətlə və tapşırılmış qaydada davam edir:
“Burada nəinki infrastrukturun qurulması, həmçinin hərəkətin təmini üçün də müəyyən işlər görülür. İnşaat mərhələsi isə depo və stansiya üzrə əsasən başa çatıb. Hər bir metropoliten xəttinin elektrik deposu olmalıdır ki, bütün xidmət işləri orada aparılsın. Ona görə də bu stansiya “Bənövşəyi xətt”də xidmət göstərəcək. Xocasən deposunun inşaatı 3 mərhələdə nəzərdə tutulub. Lakin həmin ərazidə yaşayan insanların marağı nəzərə alınaraq yerüstü stansiyanın inşasının ikinci yox, birinci mərhələdə başa catdırılması qərara alınıb.
Oradakı işlər depo ilə paralel aparılır və tamamlanmaq üzrədir. Artıq infrastrukturun qurulması, müvafiq avadanlıqlarla təchizat və iş rejiminin hərəkət qrafiki üzrə tərtib olunması, istiqamətində işlərə başlanılıb. Buna paralel olaraq quraşdırılmış avadanlıqların tənzimlənməsi prosesi də həyata keçirilir.
Xatırlayırsızsa ötən ay “Bənövşəyi xətt”in 3 stansiyasının axşam yarım saat erkən bağlanacağını bildirmişdik. Bunun səbəbi isə məhz Xocasən avtovağzal istiqamətində, qatarların hətəkətini tənzimləyən avadanlıqlar və sistemin quraşdırılması ilə bağlı idi. Bu gün davam edən proses isə onun məntiqi davamıdır.
Artıq sınaq və tənzimləmə işlərinin ilkin yoxlanması aparılıb. Qarşıdakı günlərdə də bu qayda üzrə proseslər davam edəcək. Yəni ki, yaxın zamanda deponun və stansiyanın istifadəyə verilməsi üçün, həlledici mərhələyə qədəm qoyulub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region