Salmonelyoz virusu çoxalıb: Qarın ağrısı, ishal, qusma ilə müşayət olunur - SOS
Məlahət Rzayeva
14:05 30.08.2019
Cəmiyyət
1801
Bu ilin 6 ayı ərzində 289 nəfərdə brüselyoz xəstəliyi, 186 nəfərdə isə salmonelyoz infeksiyası aşkarlanıb. Bu barədə Statistika Komitəsi məlumat verib. Məlumatda diqqət çəkən həm də budur ki, ötən il ölkə üzrə 594 nəfərdə salmonellyoz infeksiyaları aşkarlanıb. Ötən il brüselyoz xəstələrinin sayı da çox olub – 532 nəfər. Salmonellyoz xəstəliyindən 2 nəfər, quduzluqdan 8 nəfər ölüb. Ötən il qarayara və malyariya xəstəliyindən ölüm halı baş verməyib. Bu il iyul ayının 25-də Sabirabadda iki nəfər qarayaraya yoluxub. Onlardan biri iyulun 29-da dünyasını dəyişib.
İnfeksion xəstəliklərin statistikası nədən xəbər verir?
Həkim-terapevt Şahvələd Məmmədov “Şərq”ə aşıqlamasında bildirdi ki, bəzən insanlarımız infeksion xəstəlikləri ciddiyə almır, lakin bu, çox təhlükəli haldır:
- Salmonelyoz bağırsaq infeksiyasıdır. Qarın ağrısı, ishal, qusma ilə müşayət olunur. 1-3 yaşadək uşaqlarda tez-tez rast gəlinir. Salmonelyoz infeksiyası əsasən qida zəhərlənmələrinin nəticəsidir. Fikir verirsinizsə, son zamanlar toylarda, şadlıq evlərində qida zəhərlənmələri halları artıb. Qidalardan götürülən nümunələrdə də çox zaman salmonello virusunun aşkarlandığı bildirilir. Bu, keyfiyyətsiz, istifadə müddəti ötmüş, düzgün saxlanma şərtlərinə əməl olunmayan ərzaqların törətdiyi fəsadlardır. Salmonelyoz təhlükəli infeksiyadır, ən təhlükəlisi də botulizmdir. Bu infeksiyalar ölümlə nəticələnə bilir. Ona görə də qida təhlükəsizliyinə ciddi diqqət edilməlidir. Brüselyoz isə zoonoz infeksiyadır. Pasterizə edilməmiş süd və süd məhsulları vasitəsilə insana keçir. Qara yara xəstəliyi isə daha çox Sabirabad, Beyləqan bölgələrində qeydə alınır. Vəziyyətin bu həddə çatması zoo-veterenar həkimlərin vaxtlı-vaxtında qabaqlayıcı tədbirlər aparmamasının nəticəsidir. Veterenar həkimlər gərək vaxtaşırı mal-qaradan qan nümünələri götürüb infeksiyalara qarşı müayinə etsinlər ki, brüselyoz, qara yara aşkarlanarsa, təcili qarşısı alına bilsin. Xatırlayırsınızsa, Gürcüstanda qara yara yayılmışdı, bu ölkədən ət gətirilməsinə qadağa qoyuldu. Belə məsələlərdə prinsipial mövqe nümayiş etdirilməlidir ki, infeksion xəstəliklərin yayılmasının qarşısı alınsın.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur