
Şamaxıda İkinci Qida Festivalı və Kənd Təsərrüfati Sərgisi... - FOTO
Yusif Nəzərli
09:19 03.07.2022
Cəmiyyət
386
İyulun 2-də Şamaxı rayonunda İkinci Qida Festivalı və Kənd Təsərrüfati Sərgisi təşkil olunub. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində Agbora Restoranında təşkil edilən festivalda beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının əməkdaşları, fermerlər, sahibkarlar, mətbuat nümayəndələri, yerli və xarici turistlər iştirak ediblər.

"Sherg.az" xəbər verir ki, Şamaxıda təşkil ediləcək Qida Festivalının əsas məqsədi Dağlıq Şirvan İqtisadi Rayonunda istehsal edilən kənd təsərrüfatı məhsullarının, ənənəvi qida irsinin təqdim edilməsi, yerli və xarici turistlər və digər steykholderlər arasında tanıtdırılmasına nail olmaqdan ibarət idi. Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarını təmsil edən kənd təsərrüfatı və ənənəvi qida məhsulları festivalda təqdim olundu. Tədbirə 100-dən artıq iştirakçı qatılmişdı.
Festivalın açılış hissəsində İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov festivalın əhəmiyyəti barədə məlumat verdi. O bildirdi ki, bundan öncə Şamaxı və Şəki şəhərlərində oxşar festivallar təşkil olunub. Növbəti festival iyulun 7-də Şəki şəhərində olacaq.
Avropa İttifaqının Bakı nümayəndəliyinin əməkdaşı Çrtomir Peter Fişinger nümayəndəlik tərəfindən Azərbaycan keçirilən layhələr və onların nəticələri barədə məlumat verdi. O bildirdi ki, Avropa İttifaqı Azərbaycanda vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı davam etdirir və belə layihələr regionların inkişafı və iqtisadiyyatın şaxələnməsi baxımdan da vacibdir.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bölgənin tarixi kimi mətbəxin də qədim və zəngin olduğunu diqqətə çatdırıb. Bu cür festivalların Şamaxıda keçirilməsinin təsadüfi olmadığını vurğulayaraq, gələcəkdə də rayonda daha bir neçə möhtəşəm, respublika əhəmiyyətli tədbirin keçiriləcəyini deyib.
Milli Məclisin deputatı Tamam Cəfərova Şamaxının turizm potensialı və qida irsi barədə məlumat verdi. O bildirdi ki, regionların sosial və iqtisadi inkişafı ilə bağlı həyata keçirilən proqramlar bölgələrdə daha çox iş yerlərinin yaradılmasına və aqro-turizim inkişafına xüsusi tövhə verir.
Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsinin məqsədi yerli fermerlərinin geniş aqrar və sahibkarlığa yönəlik məsləhət xidmətlərinə əlçatanlığının artırılmasına dəstək olmaq və yerli məhsulların bazarının inkişafına və aqro-turizm potensialının artırılmasına yardım etməkdir.
Daha öncə layihə çərçivəsində oxşar festivallar 4 Sentyabr 2021-ci il tarixində Şəki şəhərində və 27 Noyabr 2021-ci il taixində Şamaxı şəhərində hər birində 150-dən çox şəxsin iştirakı ilə təşkil olunmuşdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya