Şəffaf sistem hələ gözə dəymir
06:24 28.07.2021
Cəmiyyət
583
Maşın nömrələri üçün auksion satış sistemi yaradılmalıdır
DİN hələ də klassik ənənələrə üstünlük verir, xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir
Son zamanlar Daxili İşlər Nazirliyi bir çox yeni xidmətlər təqdim edir. Bir müddət öncə DİN texpasportun-sürücülük vəsiqəsinin formasını dəyişdiyini açıqlayıb. Daha sonra isə yeni "77" seriyası ilə başlayan avtomobil nömrələrinin verilməsinə başlandığı bildirildi.
Mövzu ilə bağlı "Şərq"ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlama verib. O qeyd edib ki, bunların hamısını ilk baxışdan faydalı və uğurlu addımlar kimi dəyərləndirmək olar. Amma qəribədir ki, bu addımların heç biri müasir çağırışlarla ayaqlaşmır:
"Daxili İşlər Nazirliyi bu xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir. Nazirlik hələ də klassik ənənələrə üstünlük verir. eGov Mərkəzi isə sanki xidmətlərin rəqəmsallaşmasını unudub. İndiyədək də, dəfələrlə təkrarlanmasına baxmayaraq, DİN avtomobillərin dövlət qeydiyyatına alınması, dövlət nömrə nişanlarının verilməsi xidmətini rəqəmsallaşdırmayıb. Qeyd edim ki, hələ də cəlbedici nömrələr üzrə şəffaf bir sistem formalaşmayıb. Hansı ki, bu xidmətləri rəqəmsal etmək üçün DİN-in əlində yetərincə texniki texnoloji və kadr resursları var".
O.Gündüz əlavə edib ki, Daxili İşlər Nazirliyi öz texnoloji imkanları ilə digər qurumlara rəqəmsallaşmaq üçün hətta resurslar da təqdim edir:
"Belə olan halda DİN-nin və eGov-a cavabdeh qurum olan VXSİ Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzinin bu xidmətlərin rəqəmsallaşmasına və əlçatanlığın artırılmasına diqqət yetirməməsi anlaşılan deyil. Ümumiyyətlə, maraqlı məqam həm də odur ki, DİN eGov Mərkəzinin yaratdığı Asan Login sisteminə də qoşulmayıb. MyGov-da DİN yoxdur və Gov Portalında DİN-nin cəmi 3 xidməti görsənir. DİN iddia edir ki, onun ayrıca, separat formada e-Xidmət mərkəzi var. Hansı ki, bir neçə aydır qeydiyyatdan keçməyimə baxmayaraq bu separat sistemə daxil ola bilmirəm. Ümid edirəm ki, bu sistemin arxasında duran İT komanda log fayllara baxıb səbəbini araşdıracaqlar. Düşünürəm ki, DİN və eGov Mərkəzi ayrılıqda fəaliyyətə son qoymalı, mahiyyətcə kütləvi olan, ictimai əhəmiyyət kəsb edən xidmətləri elektronlaşmalı və maşın nömrələri üçün auksion satış sistemi təşkil olunmalıdır, datalar inteqrasiya olunmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya