Şəhid topçunun qardaşı: “Dedikləri düz çıxdı...”
Banuçiçək Kalbalıyeva
13:06 22.01.2021
Cəmiyyət
658
Artıq “Azərbaycan tarixi” dərsliklərində igid və mərd oğullarımız, Milli Qəhrəman Mübariz İbrahimov, Raquf Orucov, Teymur Pəncəliyev və digərləri haqqında şagirdlərimizə məlumat verilir. Bir azdan onların sırasına İkinci Qarabağ müharibəsindəki şəhid və qazilərin, o cümlədən kiçik çavuş Ceyhun Hüseynovun adı da əlavə ediləcək.
Bu qəhrəman vətən oğlu 1991-ci ildə Ağcabədidə anadan olunub. Kənd orta məktəbini bitirdikdən sonra vətənə borcunu yerinə yetirib. Sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.
Və qardaşı Bilal bəyin “Sherg.az”a dediyi kimi, bu yol onu şəhadət zirvəsinədək gətirib:
“Ceyhun 2016-ci ilin Aprel döyüşləri zamanı da böyük şücaət göstərmişdi. İkinci Qarabağ müharibəsində isə topçu idi. Oktyabrın 16-da Xocavənd istiqamətindəki döyüşlərdə şəhid oldu. İyirmi dəqiqə əvvəl danışmışdıq.
Demişdi ki, hər şey yaxşıdır, irəli gedirik, düşməni məhv edirik. Nə demək, olar, qismət. Amma qardaşımın söylədiyi düz çıxdı: təkcə Ermənistan ordusu yox, bütün hərbi-siyasi hakimiyyəti biabırcasına uduzdu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya