Səhiyyə Nazirliyində İsrailin tibbi məhsullar istehsal edən şirkətinin rəhbər şəxsləri ilə görüş olub - FOTO
Yusif Nəzərli
10:16 04.11.2022
Cəmiyyət
373
Azərbaycan Səhiyyə Nazirliyində İsrailin tibbi məhsulların istehsalı üzrə aparıcı şirkətlərindən biri olan “BioPharmax” şirkətinin rəhbərləri ilə görüş keçirilib.
Nazirlikdən bildirilib ki, giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, səhiyyə və tibb elmi sahəsində əməkdaşlığımızın nümunəvi olduğunu qeyd edib:
“İsrail yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biridir. Bunu əsas tutaraq, səhiyyə sahəsində əməkdaşlıqdan məmnunuq. Eyni zamanda, səhiyyənin nəzdində olan yüksək texnologiya sahələrində - virusologiya, mikrobiologiya və digər istiqamətlərdə əməkdaşlığımız konsturiktivdir”.
Ölkələrimiz arasında əczaçılıq sahəsində əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan nazir İsraildə güclü əczaçılıq sənayesinin yaradıldığını, elmi-tədqiqat bazasının inkişaf etdirildiyini, dərman vasitələrinin istehsalı sahəsində innovasiyaların tətbiq olunduğunu diqqətə çatdırıb.
Sonda Teymur Musayev əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən “BioPharmax” şirkətinin vitse-prezidenti Yossi Tzabari təmsil etdiyi şirkətin tibbi təhsil, səhiyyənin rəqəmsal transformasiyası və digər sahələrdə Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Həmçinin yüksək keyfiyyətli tibbi avadanlıqlar sənayesinin Azərbaycanda istifadəsinin müstəsna əhəmiyyət kəsb etdiyi bildirib.
Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə müzakirə aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət