Şəkidə geniş dezinfeksiya tədbirləri aparılır
16:47 25.03.2020
Cəmiyyət
649
Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərində qabaqlayıcı tədbirlər davam etdililir
"Sherg.az"a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən yaradılan xüsusi qərargah öz işini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərar və təlimatlarına uyğun olaraq qurub.
Şəki rayonu kütləvi dezinfeksiya işləri ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir.
Belə ki, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində, uşaq bağçalarında, mədəniyyət obyektlərində, marşrut avtobuslarında və dayanacaqlarda, rayon ərazisindəki istirahət parklarında, məhəllələrdə, yaşayış binalarında, dayanacaqlarda, ümumiyyətlə, insanların sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılıb və bu proses gündəlik davam etdirilir. Həmçinin Şəki şəhərinin küçə və prospektlərində xüsusi maşınlarla yuyulma və dərmanlanma işləri aparılır.
Martın 25-də Şəki şəhərinin kənd təsərrüfatı məhsullarının satışı bazarının ərazisində də dezinfeksiya işləri aparılıb.
Paralel olaraq, görülən tədbirlər çərçivəsində, rayon ərazisində xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə əhali arasında təbliğat və maarifləndirmə işləri də mütəmadi olaraq aparılır, Nazirlər Kabineti yanındakı operativ qərargah tərəfindən verilən tövsiyələr barədə vətəndaşlar məlumatlandırılır və müvafiq izahatlar verilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət