Şəkidə Zəfər Günü böyük təntənə ilə qeyd edilib
14:07 08.11.2022
Cəmiyyət
470
44 günlük Vətən Müharibəsində düşmən üzərində əldə olunmuş tarixi Qələbənin ikinci ildönümü münasibətilə Şəkidə silsilə tədbirlər keçirilib.
Noyabrın 8-də - Zəfər Günündə səhər saatlarında şəhər rəhbərliyi, Vətən müharibəsi iştirakçıları və qaziləri Şəhidlər Xiyabanını və İkinci Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu “Şəhid Məzarlığını” ziyarət ediblər, Vətənimizin müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş igid Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısına gəlib, burada ucaldılmış Ulu öndərin abidəsini ziyarət ediblər, abidəsi önünə gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzinin qarşısında bayram konserti təşkil olunub. Şəhər rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin, Vətən müharibəsi iştirakçılarının, gənclərin, şəhər sakinlərinin iştirak etdiyi konsert paroqramında əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra yerli incəsənət nümayəndələri, şəhərin musiqi məktəblərinin şagird və müəllimlərini maraqlı konsert proqramı təqdim ediblər.
Qeyd edək ki, Zəfər Günü münasibətilə konsert proqramları, həmçinin, Şəki Dövlət Dram Teatrının qarşısında və Bəxtiyar Vahabzadə adına mədəniyyət və istirahət parkında təşkil olunmuşdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm