Sensasion açıqlama: “Kondisioner virusu daha da aktivləşdirə bilər”
Banuçiçək Kalbalıyeva
15:27 10.06.2020
Cəmiyyət
842
“Soyuq mühit virus üçün daha əlverişlidir, nəinki isti”
“Həmçinin kondisionerli otaqda oturmağın immuniteti zəiflətdiyini də nəzərə almaq lazımdır”
Havalar isindikcə kondisionerə tələbat artır. Evlərimizdə, iş yerlərimizdə rahat otura bilmirik. Əlacı süni sərinlik yaratmaqda görürük. Həvəslə kondisionerin pultunu əlimizə alıb, düyməni basırıq.
Amma heç 5-10 saniyə keçmir ki, həyəcanla düyməni ikinci dəfə basır, cihazı söndürürük. Koronavirus qorxusu buna da imkan vermir. “Bəlkə, virus belə şəraitdə daha yaxşı yayılır?” fikri qanımızı lap qaraldır...
Həkim-allerqoloq Şahvələd Məmmədov bununla bağlı “Sherg.az”a danışarkən bildirdi ki, kondisionerli otaqda virus daha aktiv ola bilər:
“İlk vaxtlar deyirdilər ki, koronavirus 26 dərəcədə ölür. Amma ən isti ölkələrdə, o cümlədən Səudiyyə Ərəbistanda da yoluxma və ölüm hallarına rast gəldikdən sonra alimlər bu nəzəriyyəni arxa plana atdılar. Əlbəttə, bütün növ respirator viruslar soyuqda daha aktiv olurlar. Başqa sözlə desək, soyuq mühit virus üçün daha əlverişlidir, nəinki isti. Həmçinin kondisionerli otaqda oturmağın immuniteti zəiflətdiyini də nəzərə almaq lazımdır. Ona görə də koronavirusa təsirindən asılı olmayaraq insanlara kondisionerə çox üstünlük verməmələrini məsləhət görərdim. Çünki immunitet zəifləsə, orqanizmin yoluxma ehtimalı da artacaq. İndiki halda isə ən vacib məqam immuniteti güclü saxlamaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2026-cı ilin payızına damğa vuracaq 7 moda trendi
11:49 13.09.2026
Maraqlı
İsrail ordusu Livanın cənubuna artilleriya zərbələri endirib
11:45 13.09.2026
Dünya
Vanı nəhəng çəyirtkələr bürüdü: Boyları 20 santimetrə çata bilir
11:30 13.09.2026
Hadisə
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
11:06 13.09.2026
Dünya
Gümrüdə parklanma mübahisəsi qətllə nəticələnib
10:55 13.09.2026
Hadisə
Tatarıstana hücum edildi: ölü və yaralılar var - VIDEO
10:46 13.09.2026
Dünya
Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəldi
10:45 13.09.2026
Futbol
Uşaqlarda yanıq riskini azaltmaq üçün tövsiyələr
10:37 13.09.2026
Sağlamlıq
Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 999-a çatıb
09:57 13.09.2026
Dünya
Macarıstan III Çarlzdan hədiyyə etdiyi iki atını geri istədi
09:31 13.09.2026
Dünya
Sinopda bu il yumurtadan çıxan 73 leylək köç yoluna başlayıb
08:31 13.09.2026
Maraqlı
Rusiyada məktəblərdə hərbi hazırlıq saatları artırılıb
08:07 13.09.2026
Dünya
Bədəndə çoxlu xalınız varsa, hər il saymalısız – Onkoloq
07:29 13.09.2026
Sağlamlıq