
Sərnişinlər haqlıdır
Sərnişinlər haqlıdır
Yusif Nəzərli
21:14 06.10.2022
Cəmiyyət
454
Etiraz varsa intervallar azaldılmalı, yeni vaqonlar alıb xəttə buraxılmalıdır
Sumqayıt-Xırdalan-Bakı qatarında dünən səhər saatlarında sıxlıq yaranıb. Nəticədə sərnişinin halı pisləşib. Buna sıxlıq və qatardakı kondisionerlərin işləməməsi səbəb olub. Sərnişinlər sıxlığa və qatarların gecikməsinə etiraz olaraq Bakı Dəmiryolu Vağzalının stansiya rəisinə etiraz ediblər.
Qeyd edək ki, bir müddət öncə 07:45 intervalı ilə hərəkət edən Sumqayıt-Xırdalan-Bakı qatarının ləğv edilməsi bu istiqamətdə sıxlığın artmasına səbəb olub. Səlahiyyətli şəxslər tez bir vaxtda yeni qatarların reysə buraxılacağına, şikayətlərin rəhbərliyə çatdırılacağına söz veriblər.
Havalandırma sisteminin işləməməsinə etiraz edən sakinlər bildiriblər ki, elektrik qatarı ilə gündəlik işə gedib-gəlmək xeyli çətinləşib. Qatarların sayının azlığından şikayət edən vətəndaşlar problemin tezliklə həll olunmasını tələb ediblər.

“Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlının “Şərq”ə açıqlamasına görə, Sumqayıt-Xırdalan-Bakı qatarı ilə bağlı yaşanan narazılıqlar və sərnişinlərin aksiyası kifayət qədər narahatlıq doğuran hadisədir:
“Dəmiryol şəbəkəsinin inkişafından, şəhərdə tıxacların qarşısını almaq üçün insanların ictimai nəqliyyata olan marağının artırılmasından danışır, bu istiqamətdə müxtəlif təkliflər irəli sürürük. Nəticə olaraq da intervalın azaldılması və dəmiryol xətti ilə bağlı digər problemlərin ortaya çıxdığını görürük. Bütün bunlar çox məyusedicidir. Hesab edirəm ki, aidiyyəti qurumlar məsələyə daha geniş prizmadan yanaşacaqlar və sərnişinlərin etirazına səbəb olan bütün problemləri yoluna qoyacaqlar. Qatarda bu qədər sıxlıq varsa, 07:45 intervalı ilə hərəkət edən qatarı ləğv etmək əvəzinə intervalı daha da azaltmaq lazım idi. Əgər vaqon sayında çatışmazlıq varsa, yeniləri alınaraq xəttə əlavə olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron Ermənistana gəlir - Təcili
22:09 19.02.2026
Dünya
ABŞ “Sülh Şurası”na 10 milyard dollar ayıracaq
21:30 19.02.2026
Dünya
Stiv Uitkoff Türkiyəyə belə təşəkkür etdi
21:18 19.02.2026
Dünya
Kənan MM Orxan Saffarinin valideynlərindən üzr istədi
21:07 19.02.2026
Cəmiyyət
Tramp: Bizə bəzi ölkələr lazım deyil, çünki onlar baş ağrısıdırlar
20:54 19.02.2026
Dünya
Çətin mərhələ başladı:Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR
20:36 19.02.2026
Maraqlı
“Cənubi Qafqaz Rusiyanın əlindən çıxır” - ANALİTİK
20:30 19.02.2026
Gündəm
“8 müharibəni bitirdik, 9-cusu yoldadır” - Tramp
20:25 19.02.2026
Gündəm
Tramp: İranla mənalı bir razılaşma əldə etməliyik, əks halda...
19:50 19.02.2026
Dünya
Ramazanın ikinci günü: Dua, imsak və iftar vaxtı
19:31 19.02.2026
Cəmiyyət
Üzərlik xəbərdarlığı Rusiyayla bağlı məsələdir - EKSPERT
19:28 19.02.2026
Gündəm
İlham Əliyev Vaşinqtonda Nikol Paşinyanla ayaqüstü söhbət edib
18:59 19.02.2026
Siyasət
AZAL-dan Rusiyaya üzərlik aparanlara - Xəbərdarlıq
18:44 19.02.2026
Cəmiyyət