Sərt tənqid ! - “Nə vaxtadək qazilər, şəhid ailələri daxmada yaşayacaqlar? !” – Qayğı göstərin!
Banuçiçək Kalbalıyeva
15:17 16.12.2020
Cəmiyyət
608
“Qazinin sarğısını qonşu dəyişirsə, həmin ərazidə yaşayan səlahiyyətli şəxslərə hava da, su da haramdır”
“Vətən uğrundan canından keçənə və onun ailəsinə qarşı etinasızlığı nə Allah, nə döyüşənlərin ruhu, nə də normal vətəndaş götürər!”
Müəyyən iddialara görə, müxtəlif icra strukturları şəhid və qazi ailələrinə lazımi diqqət və qayğını göstərmir. Onların problemləri ilə maraqlanmır. “Ağ Partiya”nın sədri Tural Abbaslı da bu günlərdə “Reaksiya Tv”dəki çıxşında belə bir fikir səsləndirib.
O qeyd edib ki, bəzi rayonların icra hakimiyyətləri həmin kateqoriyadan olan insanlarla nəinki yaxından maraqlanmaq heç onları qapıdan içəri buraxmırlar. Əlbəttə, bizim kimisə ittiham etmək, günahlandırmaq fikrimiz yoxdur. Amma od olmayan yerdən nə vaxtdan tüstü çıxır?!
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da səslənən iddiaları təsdiqləyib. O, “Sherg.az” söyləyib ki, deyilənlər iddia yox, faktdır:
“Qarabağdakı anti-terror əməliyyatları ilə yanaşı, ölkə daxilində DTX həbsləri də bunu təsdiqləyir. Vətəndaşların narazılıqları elə çoxdur ki, adam bilmir hansından danışsın. Demirəm, hamısı doğrudur. Amma hamısı yalan da ola bilməz axı. Müdir işçinin maaşını vermir, “sənə kim demişdi ki, könüllü xidmətə get” deyə onu günahlandırır. Bu nə düşüncədir?! Bu nə yanaşmadır?!”.
M.Mirəlioğlunun fikrincə, belə adamlar müvafiq qaydada cəzalanmalıdırlar:
“Məhz şəhid və qazilərimizin hesabına biz indi qürurla, başımız dik gəzə bilirik. Onların qəhrəmanlıqları sayəsində Azərbaycan bayrağı dalğalanır. Deməli, şəhid və qazi ailələri üçün nə etsək də azdır.
Hər birimiz, o cümlədən müvafiq qurumlar həmin adamları qayğı, diqqət göstərməldirlər. Amma bunun əksini müşahidə edirik. Rayonlar əvvəllər şəhid, qazi sayına görə yarışırdılarsa, indi sanki “kim daha az qayğı göstərər” deyə düşünürlər.
Nə vaxtadək qazilər, şəhid ailələri daxmada yaşamalıdırlar? Bilirsiz, əgər qazinin sarğısını qonşu dəyişirsə, həmin ərazidə yaşayan səlahiyyətli şəxslərə hava da, su da haramdır. Şübhəsiz, hər işlə Prezident, Ali Baş Komandan məşğul ola bilməz və olmamalıdır. Sadəcə qanunlar işləməlidir.
Əks halda, nisgilli ananın göz yaşları cəmiyyəti məhv edəcək! Vətən uğrundan canından keçənə və onun ailəsinə qarşı etinasızlığı nə Allah, nə döyüşənlərin ruhu, nə də normal vətəndaş götürər!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya