Sevda Əliqızı Səməd Səmədovdan danışdı: "Xırıltı ilə..."
Yusif Sultanoğlu
09:59 29.07.2021
Cəmiyyət
594
Müğənni Sevda Əliqızı “Səhər-səhər” proqramında yaxın günlərdə koronadan dünyasını dəyişən həmkarı, illərdir birgə çalışdığı Səməd Səmədovdan danışıb.
“Sherg.az” xəbər verir ki, o, mərhumun xəstələnməsini məclislərdən birində eşitdiyini söyləyib:
“Mənim üçün çox ağırdır. İki gün əvvəl Turalla ev şənliyində rastlaşdıq. O dedi ki, Sevda xanım, Səməd müəllim koronadır. İnanmaq istəmədim, o qədər pozitiv insan idi ki, xəstələnməyi ona yaraşdırmadım. Zəng etdim, danışdıq. Xırıltı ilə, təngənəfəs danışırdı . Soruşdum ki, nə olub sənə? Dedi, Seva, koronaya yoluxmuşam. Söylədim ki, fikir etmə, buna da qalib gələcəksən, dualarım səninlədir. Dedim ki, dincəl, sabah danışarıq. İmkan olmadı. Saat 5-də dünyasını dəyişib, 6-da mənə xəbər verdilər. Özümə yer tapa bilmirəm. Yazırlar, zəng edirlər, cavab verməyə halım yoxdur. Onun qəfil gedişi məni yandırdı. On beş il az müddət deyil, ondan da qabaq ailə dostu idik. Ağzı göyçək adamlar qınayırlar ki, bundan əvvəl belə, elə idi. Sənətlə dostluq başqadır. Biz daim dostluq edirdik. Hətta yaxın zamanda həyat yoldaşı yazdı ki, Səmədlə duetlərinizi göndər. Söylədim ki, hamısı “YouTube”də var. Cavab verdi ki, yükləyə bilmirəm, sən göndər. Atdım, sonra İnstaqramda paylaşdı. Hələ də özümə gələ bilmirəm. Şokdayam” .
Sənətçi deyib ki, S.Səmədovla yenidən duet oxumaq fikirləri olub:
“Bir ay əvvəl efirdə ona bizim haqda sual ünvanladılar ki, Sevda xanımla təkrar duet oxuya bilərsinizmi? O da ərkyana söylədi ki, ağzı nədir oxumasın. Çox adam zəng etdi ki, bu nə deməkdir niyə belə söyləyib? Mən də dedim ki, söyləyib də, biz illərlə birgə çalışmışıq, xasiyyətlərimizə bələdik, deyə bilər. Özü zəng etdi ki, verilişə baxdın? Dedim, hə. Sonra da söylədi ki, bizə söz atanların acığına bir-iki mahnı oxuyaq. Bildirdim ki, əməliyyatdan çıxmışam. Bir az keçsin, bu barədə danışarıq. İnsanları istəyirlər bir-birləri ilə düşmən etsinlər. Düzdür biz düşmən olmadıq, sadəcə incimişdik. Keçdi, getdi. Səmədin 15 illik üstümdə olan əziyyətini itirə bilmərəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya