Sevgilisinə özünü “Yarasa”nın zabiti kimi təqdim etdi, yalanı üzə çıxdı
Yusif Nəzərli
06:35 12.11.2022
Cəmiyyət
234
Sosial şəbəkədə tanış olduğu qadına qarşı dələduzluq edən Anar Quliyevin (soyad şərtidir) məhkəməsi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, 1984-cü il təvəllüdlü A.Quliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Anar Nərgiz Məmmədova (ad-soyad şərtidir) ilə tanış olan zaman özünü XTQ-nin keçmiş mənsubu kimi təqdim edib. O, Vətən müharibəsi başlayan zaman sentyabrın sonunda Nərgizə zəng edərək, guya döyüşə çağırıldığını bildirib. Anar mütəmadi olaraq qadına zəng vurub yalandan cəbhə bölgəsində olduğunu, döyüş əməliyyatlarında iştirak etdiyini söyləyib.
Vətən müharibəsi başa çatandan sonra sosial şəbəkədə tanış olan şəxslər görüşüblər. Anar ilk tanışlıq zamanı özünü Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” adlı xüsusi təyinatlı dəstəsinin xidmət vaxtı yaralanması səbəbindən ehtiyata çıxmış zabiti kimi təqdim edib. 2021-ci ilin yanvar ayının 28-də Anarın anası onlara elçi gedib, lakin qızın valideynləri düşünmək üçün vaxt istəyiblər.
Maraqlıdır ki, Anarın anası da oğlunun yalanına şərik çıxıb və övladının zabit olduğunu təsdiqləyib. Əslində isə məlum olub ki, sevgilisinə yalan danışan şəxs özəl şirkətlərin birində mühafizəçi işləyirmiş.
Anar bu ərəfədə Nərgizi DTX-də işə düzəldə biləcəyini deyib, bunun üçün kurslara qatılmalı olduğunu qeyd edib. A.Quliyev bu səbəbdən ümümulikdə qarşı tərəfdən müxtəlif bəhanələrlə 10 000 manata yaxın pul alıb.
2021-ci ilin sonlarında isə Nəgrizlə Anarın münasibətləri pozulub. Qadın aldadıldığını başa düşüb və Anarın əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Bundan sonra Anar Nərgizə mesaj yazıb: “Səhər məni apardılar, dedilər ki, mən filankəsin adından kimlərdənsə pul alıb işə düzəltmişəm. Sən evdə kiməsə nəsə demisən? Dedim ki, demə də evdə. Rütbəmi “cırdılar”, hər şeyimi aldılar əlimdən”.
Qeyd edək ki, Anar Quliyev daha öncə də məhkumluq həyatı yaşayıb. O, həmin vaxt Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) təqsirli bilinib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenskinin Ofisi: Cenevrədəki danışıqlar çətin olsa da, vacib idi
18:28 18.02.2026
Dünya
KİV: İrana qarşı hərbi əməliyyatın başlama ehtimalı 90%-dir
17:50 18.02.2026
Gündəm
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
17:47 18.02.2026
Gündəm
Ukraynada müharibənin davam etməsi ehtimalı yüksəkdir - ŞƏRH
17:23 18.02.2026
Gündəm
Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb
17:18 18.02.2026
İqtisadiyyat
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var
16:39 18.02.2026
Hadisə
Ermənistanın mina xəritələri hələ də gizlədilir - ŞƏRH
16:33 18.02.2026
Aktual
Starmer və Tramp Rusiya-Ukrayna və İran məsələlərini müzakirə edib
15:55 18.02.2026
Gündəm
Məsud Pezeşkian region ölkələrinə çağırış etdi
15:51 18.02.2026
Region
“Paşa”nı həyatları bahasına xilas etdilər
15:22 18.02.2026
Hadisə
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq
15:02 18.02.2026
Sosial
Umerov: Cenevrədə üçtərəfli danışıqlarda irəliləyiş əldə olunub
15:00 18.02.2026
Dünya