Səyyar klinika ucqar rayonlara, dağ kəndlərinə belə gedib çıxır
08:54 15.02.2024
Cəmiyyət
816
Bu tipli tədbirlər müayinə və müalicəni daha əlçatan etməklə yanaşı, öz dərdinə əlac axtaran insanların da sayını azaldır
Fevralın 15-16-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası ADA Universitetində tibbi aksiya keçirəcək.
Mərkəzin Elmi-məlumat, təşkilati-metodik bölməsindən bildirilib ki, universitetin tələbələrinə və müəllim heyətinə tibbi xidmət göstəriləcək.
Həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva "Sherg.az"a açıqlamasında səyyar klinikanın həyat təminatlı (elektrik, istilik, kondisioner və s.) sistemlərlə təchiz olunduğunu deyib. Onun sözlərinə görə, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən bütün respublika üzrə həm səyyar qatar, həm də səyyar avtomobil klinikası vasitəsilə tibbi aksiyalar təşkil olunur: "2005-ci ildən səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində əhaliyə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün aksiyalar keçirir. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.
Bizim səyyar klinikamız ucqar rayonlara, dağ kəndlərinə belə gedib çıxır. Bu yaxınlarda işğaldan azad olunan rayonlarımıza gedərək orada yaşayan əhali üçün də tibbi aksiya təşkil etməyi planlaşdırırırq. Bir oftalmoloq olaraq tam əminliklə bu sahənin ölkəmizdə kifayət qədər inkişaf etdiyini deyə bilərəm. Görməsində problem, gözündə narahatlıq hiss edən insanlar artıq rahatlıqla həkimə müraciət edirlər. Bu da aparılan maarifləndirmə və profilaktikanın nəticəsidir".
Həkimin sözlərinə görə, səyyar klinika müntəzəm şəkildə fəaliyyət göstərir, yüksəkixtisaslı, müasir texnologiyalı oftalmoloji yardımı ən ucqar kəndlərdə yaşayan xəstələrə yaxınlaşdırır və bu cür xidməti belə xəyalında da görməyən insanlar üçün mümkün edir: "Bilirsiniz ki, xəstəliklərin müayinə və müalicəsində daim yeni metodların öyrənilməsi və tətbiq edilməsi hər bir tibb işçisinin gündəlik fəaliyyətinin tərkib hissəsi hesab olunur. Bu baxımdan da bu cür tibbi aksiyaların keçirilməsi çox əhəmiyyətlidir. Bu tipli tədbirlər müayinə və müalicəni daha əlçatan etməklə yanaşı, öz dərdinə əlac axtaran insanların da sayını azaldır. Tibbi aksiyaların məqsədi pasiyentlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələr barədə müzakirə aparmaq və həll etməkdir. Lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır. Onu da deyim ki, mobil Oftalmoloji Klinikanın fəaliyyəti respublikanın ali təhsil müəssisələrinin tələbələrinin vaxtında yoxlanılması, refraksiya anomaliyalarının aşkarlanması və mümkün olan ağırlaşmaların qarşısını almaq üçün şəraitin yaradılması üçün vacibdir. Müasir səviyyədə oftalmoloji texnologiyaların inkişafı müxtəlif metodlarla refraktiv anomaliyaların vaxtında düzəldilməsinə və görmə funksiyalarının artırılmasına imkan verir. Gənc, iş qabiliyyətli insanların refraktiv anomaliyalarının təhlili bu patologiyaların vaxtında aşkarlanmasında və müalicəsində mobil oftalmoloji klinikanın əvəzsiz rolunu göstərib. Bütün bunlar həm ölkənin mərkəzi, həm də kənar bölgələrində göz xəstəliklərinin aşkarlanmasının vacibliyini təsdiqləyir. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də, əməliyyatı ilə məşğul olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir
19:53 13.04.2026
Gündəm
Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
19:33 13.04.2026
Dünya
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət
İranın blokadası bütün sahil xəttini əhatə edəcək
16:51 13.04.2026
Dünya