Şimşək çaxıb, Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
Yusif Nəzərli
05:29 06.05.2024
Cəmiyyət
469
Mayın 6-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağ və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb.
Düşən yağıntının miqdarı Zərdabda 32 mm, Kürdəmir, Şəkidə 17 mm, İsmayıllıda 16 mm, Zaqatala, Göygöldə 15 mm, Daşkəsəndə 14 mm, Altıağac, Qax, Gədəbəydə 13 mm, Göyçay, Ağdamda 11 mm, Tərtər, Mingəçevir, Gəncədə 9 mm, Oğuz, Balakəndə 8 mm, Tovuz, Yevlax, Qəbələ, Şamaxı, Ağsu, Sədərək, Şabran, Xaltan, Qobustan, Naftalan, Bərdə, Ordubad, Ağstafa, Ceyrançöl, Şahbuz, Lənkəran, Quba, Qrız, İmişli, Naxçıvan, Şərurda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.
Mayın 5-də Kürdəmir rayonunun Pirili kəndi ərazisinə 8-10 mm, Mollakənd ərazisinə saat 21:20 radələrində 6-8 mm, İmişli rayonunun Qızıl kəndinə saat 23:30 radələrində 8-10 mm, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinə isə diametri 6-8 mm olan dolu düşüb.
Gəncə, Şəmkir, Gədəbəy, Lerik, Göyçay, Göygöl, Altıağac, Qusar, Şamaxı, Balakən, Qaxda duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Neftçalada 20 m/s, Lerikdə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 8, Aran rayonlarında 15, dağlıq rayonlarda 5-7 dərəcə, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək isti olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm
Putin bütün qırmızı xətləri keçib - Ukraynalı diplomat
15:22 06.08.2026
Gündəm
Ceyhun Bayramov İrpen şəhərinə gedib
14:52 06.08.2026
Gündəm
Hörmüz boğazı açıla bilər - Pakistanlı analitik
14:26 06.08.2026
Gündəm
Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib
14:16 06.08.2026
Gündəm
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
14:13 06.08.2026
Gündəm