Sosioloq yaşlılara SƏSLƏNDİ: “Allah Kərimdir" prinsipi işə yaramır” – Həkimə qulaq asın!
Şəymən Bayramova
13:45 17.03.2020
Cəmiyyət
1174
Əhməd Qəşəmoğlu:"Allah özü bizi qoruyacaq" deməklə təhlükə sovuşmur. Özünü qorumayanı Allah necə qorusun!?”
Son günlər dünyanı cənginə almış koronavirus bəşəriyyəti təşvişə salıb. Hamı bu təhlükədən necə qorunmaq barədə düşünür. Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra təngnəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin xəstəxanaya aparılmasına ehtiyac yarana bilər. Xəstəliyin kəskin halları sətəlcəmə, ağır kəskin tənəffüs sindromu, çoxsaylı orqan çatışmazlığı və hətta ölümə də səbəb ola bilər.
Yaşlı insanlar və ya əvvəllər astma, diabet, ürək xəstəlikləri olmuş insanlar xəstəliyi daha ağır keçirə bilər. Alimlərin araşdırmasına görə, Yeni koronavirus qocalara rəhm etmir. Virusa qarşı vaksin yoxdur, buna görə də onu dayandırmağın yeganə yolu erkən diaqnoz və xəstələrin təcrid olunmuş vəziyyətdə müalicəsidir.
Xəstələrlə təmasda olan insanları nəzarət altında saxlayıb, onların daima monitorinqini aparmaq yeni yoluxma hallarının qarşısını ala bilər.
Əlavə olaraq, kütləvi toplaşmağa və səyahətə məhdudiyyətləri qoyulur.
Azərbaycanda isə yaşlı insanlar koronavirusdan qorxmur. Yayılan xəbərləri, ölüm faktlarını göz ardı edib, Allahın mərhəmətinə sığınırlar. Gənclərlə müqayisədə ahıl insanlar xüsusi rejimin tələblərinə ciddi əməl etmir, görüşərkən əl verməkdən, ictimai yerlərə gedib- gəlməkdən imtina etmirlər.
Koronavirusla bağlı durumun ciddiliyini insanların şüuruna yeritmək üçün ictimaiyyət və dövlət tərəfindən müəyyən addımlar atılır.
Məhz bu məqsədlə Milli Məclisin deputatı Nigar Arpadarai öz “Facebook” hesabında "Biz başladıq! Bu gün 20 nəfər yaşlı və qayğıya ehtiyacı olan həmvətənim bizdən ərzaq və tibb məhsulları alacaq” başlıqlı paylaşım edib:
"Məqsədimiz yaşlıların zərurət olmadan küçəyə çıxmasının və koronavirusa yoluxmasının qarşısını almaqdır. Hamını bu aksiyaya qoşulmağa dəvət edirəm! Ətrafınızda olan yaşlı qonşunuzu xatırlayın, özünüzə alış-veriş edəndə ona da bir çörək alın. Xahiş edirəm ərzaq məhsullarını çatdıran zaman sizdən yoluxmanın qarşısını almaq üçün bütün gigiyenik qaydalara riayət edin” – deyə, N.Arpadarai sözlərinə əlavə edib:
“Koronavirus təhlükəsi əsas olaraq yaşlılarımız üçün realdır. Yaşlılara qayğı bizim qanımızdadır, bu bizim ənənəmizdir! Ağsaqqallarımızı və ağbirçəklərimizi qoruyaq. Hər kəsə can sağlığı arzu edirəm!”.
Sosioloq Əhməd Qəşəmoğlu isə "Şərq"ə açıqlamasında deyib ki, yaşlı insanlar Azərbaycan səhiyyəsinə, mütəxəssis rəylərinə inanmadığı üçün koronavirus təhlükəsini real hesab etmir:
"Bizim insanların sağlamlıq barədə təsəvvürü arzuolunan səviyyədə deyil. İnsanlarımız öz səhhətlərinə həddindən artıq etinadsız yanaşır. Eyni zamanda məlumat mənbələrinə də etibar etmirlər.
Hər hansı bir səhiyyə işçisi televiyada bu virus təhlükəsi ilə bağlı saatlarla danışsa da xeyri yoxdur. Onun dediklərinə şübhə ilə yanaşırlar.
Avropada, Amerikada isə belə bir şübhə yoxdur. Bir tibb işçisi televiziyada nədənsə danışırsa, deməli, məsələ kifayət qədər ciddidir və onun tövsiyələrinə əməl etmək lazımdır".
Sosioloq sözlərinə görə, Azərbaycanda olan yaşlı nəsil "Allah Kərimdir" prinsipi ilə yaşayır və bizim bütün təhlükələrdən sığortalandığımıza inanır:
"Allah özü bizi qoruyacaq" deməklə təhlükə sovuşmur. Özünü qorumayanı Allah necə qorusun!?
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi