Sumqayıtda kişi gecəyarısı arvadına xəsarət yetirdi
Yusif Nəzərli
07:53 18.11.2022
Cəmiyyət
336
Sumqayıt şəhərində 1985-ci il təvəllüdlü Cabbar şəxsi münasibətlər zəminində arvadı Nəcibəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az xəbər verir ki, hadisə Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində baş verib.
Cabbar yaşadıqları mənzildə arvadı ilə mübahisə edib. Mübahisə zamanı o, arvadının sifətinə, bədəninin müxtəlif nahiyələrinə şillə ilə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İstintaq orqanı tərəfindən Cabbarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cabbar ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O bildirib ki, 2012-ci ildə Nəcibə ilə ailə qurublar: “Rəsmi nikahımız var. Birgə nikahımızdan biri qız, digəri oğlan olmaqla iki övladımız var. Həyat yoldaşım Nəcibə ilə boşanma ərəfəsindəyik. Bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü, gecə saat 01:30-da ayıq vəziyyətdə evə gəlib, təmir zamanı qonşu otağa apardıqları əşyaları evlərinə yığmağa başlayıb:
“Maddi sıxıntılar içində olduğumdan son vaxtlar daha əsəbi və səbirsiz olmuşam. Əşyaları evə yığarkən bir az səs-küy çıxdı. Gətirdiyim stolun ayağı həyat yoldaşım Nəcibənin ayağına dəydi. O da bir az əsəbi cavab verdi. Mən də ondan sakit, bir az səbirli olmasını xahiş etdim. Sonra aramızda mübahisə baş verdi. Şəxsi münasibət zəminində baş verən mübahisə zamanı şillə ilə iki dəfə həyat yoldaşımın sifətindən vurdum. Nəcibə məni itələdikdə, mən də onu özümdən uzaqlaşdırdım. Bu zaman yerə yıxıldı, nə olduğunu bilmədim. Daha sonra mübahisə sonlandı. Mən uzaqlaşaraq yan otağa keçdim”.
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nəcibənin sözlərinə görə, Cabbar hadisə günü sərxoş vəziyyətdə evə gəlib və təmir zamanı qonşu otağa apardıqları əşyaları evlərinə yığmağa başlayıb:
“Həyat yoldaşım əsəbi və hövsələsiz biridir, əşyaları tez-tez səs-küy salaraq otağa yığarkən qonşuların yatdığını və bir az səssiz olmasını bildirdim. Cabbar da dedi ki, özüm bilərəm, sən sakit ol, yaxşı edirəm. Yenidən sakit olmasını, daha asta hərəkət etməsini bildirdim. Cabbar isə daha əsəbi formada nalayiq ifadələrlə təhqir etməyə başladı. Daha sonra şillə ilə sifətimin sol nahiyəsinə iki dəfə vurdu. Özümü kənara çəkdikdə ayağındakı başmağı çıxararaq sifətimə vurdu. Özümü qorumaq üçün onu itələdikdə, boğazımdan tutaraq sıxmağa başladı. Məni itələyərək yerə yıxdı. Qollarım və sağ əlimin 4-cü barmağı otaqdakı şkafın tinlərinə dəydi. Yerə yıxıldıqdan sonra həyat yoldaşım heç nə olmamış kimi mətbəxə keçərək orada oturdu”.
Zərərçəkmiş bildirib ki, səhər saat 05:00-da evdən çıxararaq oğullarını gətirmək adı ilə Tovuz rayonuna gedib. O isə polisə şikayət edib. Zərərçəkmiş əri ilə barışdığını, ona qarşı şikayətinin olmadığını deyib.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Cabbarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm