Sürücüdən ŞİKAYƏT: Nə “Atəşgah” sığorta, nə “A-Group” , nə də Yasamal polisi maraqlanır - FOTOFAKT
Yusif Nəzərli
12:35 19.05.2022
Cəmiyyət
1213
“Nə Yasamal polisi, nə də sığorta şirkəti hadisədən sonra mənimlə maraqlanıb”.
Bunu paytaxt sakini Şənlik Əhmədov “Sherg.az”a açıqlaması zamanı bildirib. O, qeyd edib ki, avtomobil qəzası aprelin ayının 21-i, Yasamalda yerləşən 3 saylı “Asan xidmət”in qarşısından “İnşaatçılar” metrosuna tərəf keçərkən baş verib:
“İşıqforun yaşıl işığından keçdiyim halda qırmızı işıqdan keçən maşın maşınımla toqquşdu. Özüm xəsarət aldım. Təcili tibbi yardım vasitəsilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıldım. Başım yarılmışdı və boynumda fəqərə sınmışdı. Başımdan qanaxma olduğuna görə bir neçə tikiş qoydular. Avtomobilim də yararsız hala düşüb”.
Sürücü bildirib ki, nə Yasamal Polisi, nə də sığorta şirkəti hadisədən sonra onunla maraqlanıb:
“Bu günə qədər mənimlə maraqlanan olmayıb. Məsul sığortada şirkəti “A-Group” hələ də ödəniş etməyib. Dəymiş ziyanı ödəmək istəmirlər. Son vaxtlar şikayətlərimdən sonra polis vəziyyətlə maraqlanmağa başlayıb. Yasamal polisi yetərincə bu işin üstünə düşmür. Xəstənada diskimi də itirmişdilər”.
Ş.Əhmədov bildirib ki, o, bundan öncə də analoji halla üzləşib:
“Yanvarın 15-də maşınım həyətdə dayandığı yerdə yoldan keçən avtobusdan qopan “lyuk” hissəsi maşınımın üstünə düşüb. Bununla bağlı “Atəşgah” sığorta yoxlanışa gəldi. Dediklərinə görə, mənə 350 manat ödəniş olunmalı idi. Lakin bir ay 10 gündən sonra bildirdilər ki, ödəniş edilməyəcək. Səbəb olaraq isə , bu fövqəladə bir hal olduğunu dedilər. Bu nə dərəcədə düzgündür? Məlumat üçün “Avtostop” verilişinin aparıcısı Tural Yusifovla da əlaqə saxlamışam. O, bildirib ki, elə şey ola bilməz. Bu məsələnin də öz həlllini tapmasını istəyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm