Sürücülərin narahatlığına əsas yoxdur
Yusif Nəzərli
22:30 14.11.2022
Cəmiyyət
361
Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydasına ciddi dəyişiklik olmayıb
"Qanuna görə, kağız sığorta şəhadətnaməsi mütləq idi. Bundan sonra isə elektron sığorta şəhadətnaməsində hər iki sığorta forması əks olunacaq"
Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydasına dəyişiklik edilib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
Qanuna əlavə edilmiş yeni maddəyə əsasən, avtonəqliyyat vasitələri "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq. Bu qayda müvafiq icra sığorta müqaviləsinin mövcudluğu "İcbari sığortalar haqqında" qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.
Hüquqşünas, ekspert Ərşad Hüseynov “Şərq”ə açıqlamasında prosesdə yeniliyin olmadığını bildirib. Onun sözlərinə görə, sürücü və avtomobil sahibləri dəyişiklikdən narahat olmamalıdırlar:
“Dəyişikliyin praktiki əhəmiyyəti yoxdur. Bu, sırf texniki prosesdir. Burada söhbət "İcbari sığortalar haqqında” qanunla “Yol hərəkəti haqqında” qanunun bir-birinə uyğunlaşdırılmasından gedir.
İcbari tibbi sığorta haqqında qanunda iki sığorta növü var:
nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası və sərnişindaşımalarda fərdi qəza sığortası.
Yəni ki, kommersiya məqsədli sərnişin daşıyan nəqliyyat vasitələrinin sahibləri sərnişinlərinin fərdi qəza sığortasından da keçməlidir. Sərnişinlərin icbari fərdi qəza sığortası Azərbaycan Respublikasının ərazisində, həmçinin xarici ölkələrə və ya xarici ölkələrdən qanunda müəyyən edilmiş qaydada sərnişindaşıma xidmətlərini həyata keçirən zaman tətbiq olunur. Bu zaman mülkiyyətində nəqliyyat vasitəsi olan və ya belə nəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, həmçinin onu icarəyə götürmüş, yaxud digər qanuni əsaslarla istismar edən fiziki və hüquqi şəxslər nəqliyyat vasitələrinin sahibləri hesab olunurlar.
İndiyə qədər də sürürcülərdən hər iki sığorta tələb olunurdu. Sadəcə, budəfəki dəyişiklikdən sonra fərdi qəza sığortasını elektron informasiya sistemi vasitəsi ilə yoxlayacaqlar.
Qanuna görə, kağız sığorta şəhadətnaməsi mütləq idi. Bundan sonra isə elektron sığorta şəhadətnaməsində hər iki sığorta forması əks olunacaq. Yəni bu günə qədər praktiki mövcud olan bir formatı qanuna yazaraq rəsmiləşdirdilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var
16:39 18.02.2026
Hadisə
Ermənistanın mina xəritələri hələ də gizlədilir - ŞƏRH
16:33 18.02.2026
Aktual
Starmer və Tramp Rusiya-Ukrayna və İran məsələlərini müzakirə edib
15:55 18.02.2026
Gündəm
Məsud Pezeşkian region ölkələrinə çağırış etdi
15:51 18.02.2026
Region
“Paşa”nı həyatları bahasına xilas etdilər
15:22 18.02.2026
Hadisə
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq
15:02 18.02.2026
Sosial
Umerov: Cenevrədə üçtərəfli danışıqlarda irəliləyiş əldə olunub
15:00 18.02.2026
Dünya
Əbdül Mahmudov: Yenidən xəstəxanaya yerləşdirilə bilrəm
14:46 18.02.2026
Cəmiyyət
Nəriman Əliyev bacısı oğlunun həbsini istəyir
14:36 18.02.2026
Hadisə
İran və Rusiya hərbi dəniz təlimlərinə başlayır
14:19 18.02.2026
Dünya
Mətanət Əsədova özünü əsl “qədeş” kimi aparırdı - FOTO
14:09 18.02.2026
Cəmiyyət
Zelenski: Rusiya danışıqlar prosesini uzatmağa çalışır
13:53 18.02.2026
Dünya
Dahi Qara Qarayevin tələbəsinin 80 yaşı tamam olur
13:33 18.02.2026
Mədəniyyət
Yaponiyanın “Dəmir ledisi” yenidən baş nazir seçildi
13:26 18.02.2026
Dünya