Taksi sürücülərinin narkoloji müayinəsi ilə bağlı məsələyə aydınlıq gətirilib
Taksi sürücülərinin narkoloji müayinəsi ilə bağlı məsələyə aydınlıq gətirilib
09:32 16.02.2024
Cəmiyyət
663
Taksi fəaliyyətinə icazə üçün tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir. “Avtomobil nəqliyyatı haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi, eyni zamanda nəqliyyat vasitələri üçün buraxılış kartı almalıdırlar.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Nazirlər Kabinetinin 71 nömrəli Qərarına əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərin isə reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər. Bundan başqaHüquqi şəxslər və ya fərdi sahibkarlar reysqabağı texniki müayinə ilə bağlı aidiyyəti üzrə qeydiyyatdan keçmiş texniki-təmir sahələri (nəqliyyat vasitələrinə texniki xidmət göstərən məntəqələr), sürcülərin tibbi müayinəsi üçün isə tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalaya bilərlər.
Qeyd olunan şərait eyni zamanda daşıyıcı tərəfindən parklarda da yaradıla bilər: “Hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi və buraxılış kartına müraciət etdikdə tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir. Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələr və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatlar, eyni zamanda xüsusi hazırlıq keçməsini təsdiq edən sənəd də təqdim etməlidir. Qeyd olunan sənədlər olmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilməyəcəklər”.
“Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək”, - deyə verilən məlumatda bildirilib.
AYNA-dan bildirilib ki, qeyd olunan sahə üzrə elektron qaydada icazələrin verilməsi prosesinə isə taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edildikdən sonra başlanılacaq: “Bununla da bu sahədə uçot və nəzarət mexanizminin tətbiqi mümkün olacaq”.
Xatırladaq ki, bir neçə gün öncə Bakıda 5 ailə üzvünü öldürməkdə təqsirli bilinən Əhməd Əhmədovun narkotik maddə istifadəçisi və psixi xəstə olması ilə bağlı iddialar səsləndirilir. Həmin şəxsin taksi sürücüsü kimi fəaliyyət göstərməsi haqqında yayılan xəbərlər cəmiyyətdə narahatçılığa səbəb olub və bütün taksi sürücülərinin yenidən narkoloji testdən keçirilməsi barədə xəbərlər yayılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir
19:53 13.04.2026
Gündəm
Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
19:33 13.04.2026
Dünya
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət
İranın blokadası bütün sahil xəttini əhatə edəcək
16:51 13.04.2026
Dünya