Təbii balı necə ayırd edə bilərik?
Yusif Nəzərli
19:57 28.12.2024
Cəmiyyət
488
Satışda olan balların təbii olub-olmamasını ayırd etmək çətindir.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, marketlərdə satılan ballar arasında təbii olmayanları görmək olur.
"Ən azından təbii balda müəyyən bulanıqlıq olmalıdır. Təbii bal şüşə kimi şəffaf olmur. Balın tərkibində olan mikroelementlər, bəzi zülallar onun azca bulanıq olmasına səbəb olur. Bazarlardakı balın təbii olub-olmamasını bilmək üçün araşdırma aparılmalıdır. Media işçiləri bu mövzuda monitorinq apara, müxtəlif yerlərdən aldıqları balları ekspertizaya təqdim edə bilərlər. Bu yolla bazardakı balın nə qədər təbii olduğunu bilmək olar”.
Bədrəddin Həsrətov bildirib ki, bənzər addım Arıçılar Assosiasiyası tərəfindən də atılıb:
“3 nümunə alaraq analiz üçün göndərdik. Nəticədə nümunələrdən 2-i standarta uyğun gəlmədi, digəri qismən uyğun gəldi. Yəni bunu yoxlamaq üçün məhsulları laboratoriyadan keçirmək lazımdır”.
Sədr qeyd edib ki, ölkəmizdə təmiz bal istehsalı daha çoxdur:
“Mən daim arıçılarla bir yerdəyəm, onların sayı çoxluq təşkil edir. Yəqin ki, həmin arıçılar ballarını tez zamanda satdıqda sonra bazarda boşluq yaranır və fırıldaqçılar bundan istifadə edir. Qeyd edim ki, Azərbaycanda hər il arıçılıqda artım gedir. 5-6 il əvvəl 350-400 min aralığında arı ailəsi var idi, indi bu say 750-800 min arasında dəyişir. Keçən il ölkəmizdə 8 min ton bal istehsal etmişik. Demək olar ki, bazarı tam təmin etmək mümkündür. Arıçılar camiasında olanlar fərqli insanlar. İçərimizə qatılan bəzi şəxslər ümumi sektorun adına da xələl gətirirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm
Ölkədə 163 uşaq ölü doğulub - RƏSMİ
18:01 09.10.2026
Cəmiyyət
Xəzəri xilas etməyin yolu var - Hidroloq 3 əsas səbəbi açıqladı
17:53 09.10.2026
Ekologiya
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
17:40 09.10.2026
Gündəm
Akif Aşırlı: "Biz şəriət dövləti istəmirik”
17:36 09.10.2026
Gündəm
Azərbaycan Mərkəzi Asiya ilə yeni güc xətti qurur - ŞƏRH
17:18 09.10.2026
Gündəm