
TƏHLÜKƏ: Dini təhsil alanlar...
16:38 25.06.2023
Cəmiyyət
650
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının fikirləri ilə razıyam. Müəyyən dövrlər ərzində Azərbaycanda dini təhsil çox zəif olub".
Bunu "Sherg.az"a ilahiyyatçı Hacı Təyyar tələbələrimizin xaricdə dini təhsil almasından danışarkən deyib. Onun sözlərinə görə, təhsil ocaqları hələ formalaşmamışdı, xaricdə dini təhsil ocaqları bu boşluqdan sui-istifadə edib, insanlarımıza qapı açırdılar:

"Təbii ki, təmənnasız deyildi. Cəmiyyətimiz, xalqımız üçün faydalı təhsil almaq hüququ olan, buna həqiqi can atan, öyrənmək istəyən tələbələr xarici ölkədə hansısa sahəni öyrənib, millətimiz üçün geri qayıtmalıdırlar. Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri yada düşür. C.Məmmədquluzadə əsərdə üç fərqli istiqamətdə təhsil almış övladların milliliyə, təhsilə, ümumxalq mənafeyinə və xalqımıza yararlı olan tərəflərini insanlara çatdırmağa çalışır. Dini təhsilin xarici təhsil dairələrinin xain təsirinin altına düşdüyü günlər artıq keçib, gedib. Azərbaycanda artıq formalaşmış sivil, ali İlahiyyat İnstitutu fəaliyyət göstərir. Orada yetkin, milli, dini məfkurəli, xarici təhsil ocaqlarının təsiri altına düşməyən müəllimlər, pedaqoqlar, mütəxəssislərin gənc ilahiyyatçıların formalaşmasında əvəzsiz xidmətləri var. Biz mənəviyyata böyük önəm verən, dini təhsilli insanlara çox hörmət, qayğı, duyğu göstərən bir xalqıq. Millət olaraq, dəyər verməyi bacarırıq. Amma səmimiyyət, diqqət və hörmətimizin sui-istifadəyə yönəldiyi illəri geridə qoyduq. Müəyyən bir dini təhsillə çıxış edən xarici ölkələrin Azərbaycana və onun xalqına münasibətini də bilirik. Dostu, düşməni tanıyırıq. İlahi din şəffafdır. İslam dürüstlük, sülh əmin-amanlıq, elm, mənəviyyat, əxlaqi dəyərlər, müsbət xüsusiyyətlərin dinidir. Bir aforizm var: "Avazın yaxşı gəlir, oxuduğun Quran olsa". Dərin məna kəsb edir. Dini təhsil gözəldir. Xaricdə öyrənmək, cəmiyyətə faydalı mütəxəssis kimi qayıtmaq mümkündür. Amma reallıq başqadır. Təəssüf ki, xaricdə dini təhsil almağa gedən, lakin təsir altına düşən həmyerlilərimiz, tələbələrimiz var. Onlar həm özləri aldanırlar, həm də cəmiyyətə ziyan verirlər. Son illərdə bu istiqamətdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək dəyərləndirirəm. Allah xalqımızı xainlərdən qorusun və heç bir sahədə başqa ölkəyə möhtac etməsin!".
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İlahiyyat İnstitutundakı məzun günündə çıxış edib. O bildirib ki, biz tələbələrimizin xaricdə dini təhsil almasını istəmirik:
"Biz elə etməliyik ki, gənclərimiz başqa təsir altına düşməsinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou
Bloomberg: Putin Ukraynaya zərbələri gücləndirməyə hazırlaşır
02:32 27.08.2026
Gündəm