İranda, Qumda dini təhsil alanlar QMİ tərəfindən vəzifəyə təyin edilirdi
Təhsil almış kadrlar məscidlərdə vəzifələrə çəkilir
Yusif Nəzərli
11:19 08.10.2023
Cəmiyyət
521
Dövlət Komitəsi sağ olsun ki, bu mənfi tendensiyanın qarşısını aldı
İranda, Qumda dini təhsil alanlar QMİ tərəfindən vəzifəyə təyin edilirdi
İranda, Qumda dini təhsil alanlar QMİ tərəfindən vəzifəyə təyin edilirdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərə təyinat alan din xadimlərinin təhsili ilə bağlı statistik məlumatları açıqlayıb. Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova din xadimlərinin 131-nin ali dini, 46-sının isə orta ixtisas dini təhsil aldıqlarını bildirib. Onun sözlərinə görə, ölkə daxilində ali dini təhsil almış şəxslərin 99 nəfəri Bakı İslam Universiteti, 12-si Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi, 8-i Azərbaycan İlahiyyat İnstitutu, 1-i Qafqaz Universitetinin məzunlarıdır. Orta ixtisas din təhsili almış şəxslərdən 17-si Əliabad İslam Kolleci, 14-ü Xosrov İslam mədrəsəsi, 8-i Şəbnəm İslam Kolleci, 7-si Şəki Pedaqoji Texnikumu, 1-i Lənkəran İslam Kollecini bitirib. Vəzifəyə təyin olunan din xadimlərindən 5-i Türkiyə (3 nəfər Ərciyəs Universiteti, 1 nəfər Marmara Universiteti, 1 nəfər Səlcuq Universiteti), 3-ü Rusiya Federasiyasının Dağıstan Respublikası (1 nəfər Buyraks Universiteti, 2 nəfər Dağıstan İslam Universiteti), 5-i İran İslam Respublikası (Əl-Mustafa Universiteti), 1-i Misirdə (Əl-Əzhər Universiteti) ali dini təhsil almış şəxslərdir".
Məscidlərə təyinat edilənlər arasında ölkə daxilində ali dini və orta ixtisas dini təhsil alanların əksəriyyət təşkil etməsi, bu sahədə əvvəllər mövcud olmuş vəziyyətin – xarici ölkələrdə dini təhsil alanların vəzifəyə daha çox təyinatında balansın ölkəmizin xeyrinə dəyişdiyini göstərir.
“Sherg.az”a açıqlama verən ilahiyyatçı Tural İrfan qeyd etdi ki, bu, müsbət haldır:
- Yerli tədris müəssisələrində dini təhsil almış kadrların məscidlərdə vəzifələrə təyinat alması əlbəttə, müsbət haldır. Son zamanlaradək Qafqaz Müsəlmanları İdarəsi ölkə daxilində dini təhsil almış şəxsləri vəzifəyə təyinatdan kənarda qoyurdu. İranda, Qumda dini təhsil alanlar QMİ tərəfindən vəzifəyə təyin edilirdi. Lakin DQİDK sağ olsun ki, bu mənfi tendensiyanın qarşısını aldı. Hələ də tam təmizlənməyib Qum təhsillilər məscidlərimizdən. Bölgələrdə işləyənlər var hələ. Bakı İslam Universiteti fəaliyyət göstərdiyi və məzunları olduğu halda QMİ onları işə qəbul etmirdi. Təsəvvür edin ki, Bakı İslam Universitetinin 3797 məzununun diplomu Təhsil Nazirliyi tərəfindən tanınmadı. Bu məzunlar bakalavr diplomu ilə elmi iş götürüb çalışa bilmədilər, Ali Attestasiya Komissiyası onların bakalavr diplomunu qəbul etmədi, onlara elmi iş verilmədi, bununla da elmi dərəcə almalarının qarşısı kəsildi. Həmin məzunlar artıq qocalıblar. Onların təhsil taleyi məhv edildi. Biz düz 5 il Allahşükür Paşazadənin qəbuluna düşməyə cəhd etdik ki, bəlkə bu problem həllini tapsın. Amma faydasız oldu. Onunla görüşə bilmədik. Bakı İslam Universiteti QMİ nəzdində fəaliyyət göstərirdi, QMİ sədri Allahşükür Paşazadə həll etməliydi bu problemi. Amma o, passivlik nümayiş etdirdi, çünki İranın axundlarının, müctəhidlərinin bura gəlib məscidlərə yerləşməsini istəyirdi. Sağ olsun Komitə ki dövlət qulluğuna imtahan vermiş dini təhsili olan şəxslərə yer ayırır, onları müxtəlif vəzifələrə cəlb edir. Bakı İslam Universitetinin məzunları üçünsə, hələ də yol açılmayıb. Onlar, sadəcə, məhv ediliblər. Ölkədə ali dini təhsil yüksək səviyyədə olmalıdır ki, kənardan gələnlərə möhtac qalmayaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm