- Savad başqadır, ali təhsil başqa. Bəlkə də bu gün ali təhsilli bir çox analar var ki, övladını düzgün tərbiyə edə bilmir. Biz bunu hər gün cəmiyyətdə baş verən proseslərdə, qaşrımıza çıxan və ya şahidi olduğumuz hadisələr zamanı görürük. Ali təhsilli analar var ki, ailə daxilində tarazllğı heç qoruyub saxlaya bilmir, ailə dəyərlərini mühafizə edə bilmir. Amma ali təhsili olmayan, lakin savadlılıq dərəcəsi yüksək qadınlar var ki, gözəl övladlar tərbiyə edib cəmiyyətə verirlər. Bir insanın ali təhsili var, amma savadlılıq dərəcəsi aşağıdırsa, o, övladını düzgün tərbiyə edə bilməyəcək. Bəli, ali təhsil önəmlidir, lakin savadlı olmaq daha önəmlidir. Hər kəsin ali təhsil almaq imkanı olmaya bilər, amma Elm və Təhsil Nazirliyi hər bir vətəndaşın – gələcəyin anasının, atasının savadlı olmasına nail ola bilər. Uşaqların təhsildən yayınmasının qarşısını mümkün qədər almaqla, hər bir uşağı məktəbə cəlb etməyə çalışmaqla, hər bir uşaq üçün əlçatan təhsili təmin etməklə. Bu uşaqlar gələcəyin anası, atası olacaqlar. Sabah, birisigün bu uşaqlar arasından neçəsi ali məktəbə daxil olacaq, neçəsi peşə məktəbində təhsil alacaq, neçəsi, ümumiyyətlə məktəbi yarımçıq qoyub gedəcək, bilmirik. Amma Elm və Təhsil Nazirliyinin vəzifəsidir ki, uşaqların təhsil almasını maksimum təmin etsin. Bu məqsədlərə çatmaq üçün xüsusi proqramlar hazırlansın. Bu zaman biz gələcək nəslin böyük ölçüdə savadlı olacağına ümid edə bilərik.
"Təhsilsiz qızla evlənməyin" - Sosioloq
07:27 12.10.2023
Cəmiyyət
612
Sosioloq gənc oğlanlara məsləhət verdi
"Anaların təhsilli olması olduqca vacib faktordur". Bunu elm və təhsil naziri Emin Əmrullayev “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023”ün təqdimat mərasimində deyib. "Biz çalışmalıyıq ki, uşaq əsasən təhsilli, savadlı ana tərəfindən tərbiyə almış olsun”, deyən nazir vurğulayıb ki, bu baxımdan, qadınlarımızın təhsil alması, onların təhsilə olan marağının artırılması çox önəmlidir.
Nazirin sözləri yenilik sayılmaz. Cəmiyyətdə anaların savadlı olmasının nə dərəcədə əhəmiyyət kəsb etdiyini sağlam düşüncə sahibi olanlar, zatən bilir. Bu gün yeniyetmə, sabah gənc, birisigün ana olacaq qızların təhsilli olması üçün də gərək əməli addımlar atılsın.
Elm və təhsil nazirinin problemi düzgün qeyd etdiyini bildirən sosioloq Lalə Mehralı “Sherg.az"a açıqlamasında savad və ali təhsil anlayışlarının fərqli mənalar daşıdığını qeyd etdi:
- Savad başqadır, ali təhsil başqa. Bəlkə də bu gün ali təhsilli bir çox analar var ki, övladını düzgün tərbiyə edə bilmir. Biz bunu hər gün cəmiyyətdə baş verən proseslərdə, qaşrımıza çıxan və ya şahidi olduğumuz hadisələr zamanı görürük. Ali təhsilli analar var ki, ailə daxilində tarazllğı heç qoruyub saxlaya bilmir, ailə dəyərlərini mühafizə edə bilmir. Amma ali təhsili olmayan, lakin savadlılıq dərəcəsi yüksək qadınlar var ki, gözəl övladlar tərbiyə edib cəmiyyətə verirlər. Bir insanın ali təhsili var, amma savadlılıq dərəcəsi aşağıdırsa, o, övladını düzgün tərbiyə edə bilməyəcək. Bəli, ali təhsil önəmlidir, lakin savadlı olmaq daha önəmlidir. Hər kəsin ali təhsil almaq imkanı olmaya bilər, amma Elm və Təhsil Nazirliyi hər bir vətəndaşın – gələcəyin anasının, atasının savadlı olmasına nail ola bilər. Uşaqların təhsildən yayınmasının qarşısını mümkün qədər almaqla, hər bir uşağı məktəbə cəlb etməyə çalışmaqla, hər bir uşaq üçün əlçatan təhsili təmin etməklə. Bu uşaqlar gələcəyin anası, atası olacaqlar. Sabah, birisigün bu uşaqlar arasından neçəsi ali məktəbə daxil olacaq, neçəsi peşə məktəbində təhsil alacaq, neçəsi, ümumiyyətlə məktəbi yarımçıq qoyub gedəcək, bilmirik. Amma Elm və Təhsil Nazirliyinin vəzifəsidir ki, uşaqların təhsil almasını maksimum təmin etsin. Bu məqsədlərə çatmaq üçün xüsusi proqramlar hazırlansın. Bu zaman biz gələcək nəslin böyük ölçüdə savadlı olacağına ümid edə bilərik. L.Mehralı qeyd etdi ki, təhsilli ananın tərbiyə etdiyi övladla təhsilsiz ananın övladı təbii ki, seçilir:
- Hər bir övlad ana və atasından, daha çox da anasından - çünki bu artıq təsdiq olunub ki, uşağın üzərində ananın əziyyəti daha çoxdur, ananın tərbiyəsi daha artıq təsirlidir – aldığı tərbiyəni nümayiş etdirir, gələcək ailə həyatını da anasından aldığı tərbiyə üzərində qurur. Gənc oğlanlara məsləhətim budur ki, evlənməyə hazırlaşanda, gələcək həyat yoldaşlarını fiziki göstəricilərinə görə yox, daha çox savadına, təhsilinə, dünyagörüşünə, mənəvi göstəricilərinə görə seçsinlər. Belə olarsa, həmin ailənin xoşbəxtliyi təmin edilmiş olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol